Haqqımızda

Owbike şirkəti və platformanın özü barədə.

 




Owbike bir saytyaratma sistemidir.

 

 

Sayt yaratmaq üçün artıq studiyalara müraciət etmək lazım deyil. Özünüz öz işiniz üçün professional sayt yarada bilərsiniz.  Ölkə daxilindəki bütün təklifləri dəfələrlə üstələyən Owbike kiçik və orta biznes sahələrinin vebsayt işini köklü şəkildə asanlaşdırır. Bundan əlavə, tələbələr, zehni və fiziki əməklə məşğul olan şəxslər də bu platformadan öz müxtəlif məqsədlərinə görə istifadə edə bilərlər. Sistem daxilində bütün saytlar ayrı-ayrı lokasiyalarda yerləşdikləri üçün onların müstəqilliyinə, biri-birindən asılı olmamasına və beləliklə, dolayı yolla Owbike-ın bir çox digər bənzər sistemlərdən daha təhlükəsiz struktura malik olmasına zəmanət verilir. Asanlıqla qeydiyyatdan keçdikdən sonra sayt və onu idarə etmək üçün admin panel əldə edirsiniz. Admin panel öz görüntüsü ilə bizə desktop Əməliyyat sistemlərini xatırladır və bu geniş imkanlı panel vasitəsilə saytınızın istənilən hissəsində lazımi yenilənmələr aparara bilərsiniz.

Owbike 14 beta versiya nəticəsində ərsəyə gələn ilk reliz versiyasını - Owbike “GO 1.0” - 01.09.2018 tarixində təqdim etmişdir. İstifadənin daha da asanlaşdırılması və platformanın təkmilləşdirilməsi məqsədilə sistem mütəmadi olaraq yenilənir.

 

Ölkə daxilində veb sahəsinin inkişafına və veb bazanın formalaşmasına əsaslı qatqı göstərməyi qarşısında məqsəd qoyan Owbike gün keçdikcə məqsədinə daha da yaxınlaşır. 



____________________________________________________________________________

Hazırda Owbike-da535aktiv sayt var
Sən də       sayt yarat