Bugfix 0.3.22

My default image

 

Saytların Admin panelləri, istifadə olunan tətbiqlər və digər Bugfix yenilənmələr. 

Bu yenilənmə sistemdə aşkar olunmuş səhvlərin düzəlişini daşıyır. Düzəldilmiş qüsurların tam siyahısı aşağıdadır.

 

 

 

Əsas sayt - Owbike.com

  • Qeydiyyat zamanı şifrədə durğu işarələrindən istifadə zamanı yaranan xətalar aradan qaldırıldı.
  • Mail.ru sistemində yaradalımış ünvanlara məktubların göndərilməməsinə səbəb olan xətalar düzəldildi.
  • Tariflərin qiymətlərinin səhvən eyni qeyd olunması düzəldildi.
  • Əsas səhifənin yüklənmə sürəti optimallaşdırılmışdır.
  • "Yüklənmə" mərhələsi sürətləndirilmişdir.
  • "Yüklənmə mərhələsi daha anlaşıqlı, informativ və müasir dizaynla təmin edilmişdir.

 

 

Admin panel

  • "Jquery" 2.2.4 versiyasına yeniləndi.
  • "Profil" pəncərəsindən login sahəsi yığışdırılıb.
  • "Profil" pəncərəsində edilən dəyişikliklərin yaddaşa verilməsi zamanı yaranan xətalar düzəldildi.
  • "Profil" pəncərəsində Ad və Soyad ilə əlaqədar problem aradan qaldırıldı.
  • "Məxfi sual" və "Məxfi söz" yığışdırılmışdır.
  • Çıxış zamanı yaranan xətalar düzəldildi.
  • Yaranan bütün donmalar aradan qaldırıldı.
  • Admin panelə eyni anda fərqli cihazlardan giriş etdikdə yaranan xətalar düzəldildi.
  • "Unutmusan" düyməsindəki orfoqrafik səhv düzəldildi.

 

 

Owtext 

  • Bölmələrin silinməsi zamanı baş verən xətalar düzəldildi.
  • Mətnlərin silinməsi zamanı baş verən xətalar düzəldildi.
  • Saytda məqalələrə bərkidilən şəkillərin Bölmənin səhifəsində görsənməməsi xətası düzəldildi.

 


Owblocks

  • Səhifələrə bloklar yerləşdirildikdə yaranan xətalar aradan qaldırıldı.

 

 

Owphoto

  • Slaydşouların silinməsi ilə əlaqədar yaranan xətalar aradan qaldırıldı.