Owbike 0.3.0 versiyasını açıq elan edir

 

0.3.30 versiyalı bugfix yenilənmənin posteri  

 

Saytların qeydiyyat mərhələsinə, imkanlar sırasına, məzmunlara və panelə minor yenilənmələr.

 

Bu gün Owbike sistemi istifadəçilər üçün sayca 6-cı olan beta versiyasını açıq elan edir. Beta versiya ilə birgə əsas sayt da yenilənmişdir. Sayt artıq daha informativdir, qeydiyyat mərhələsi daha da asanlaşdırılmışdır. Beta versiyada sistem sizin qarşınıza yeni imkanlarla çıxır. Həmçinin sistem optimizasiya olunaraq daha da sürətləndirlmişdir, aşkar olunmuş buglar təmizləndirilmişdir.

 

 

Əsas sayt.

Layihənin əsas saytı köklü şəkildə yenilənmişdir. Əvvəllər owbike.com ünvanına daxil olduğunuzda siz “tezliklə” tipində sayt ilə rastlaşırdınız. Köhnə sayt bircə səhifədən ibarət idi. Həmin sayt minimalizmi ilə istifadəçiyə müvəqqəti olduğunu və yaxın zamanda yenilənəcəyini bildirirdi. Minimalistik olmasına baxmayaraq istifadəçi o saytdan da Beta giriş əldə edə bilirdi. Beta girişdən savayı köhnə sayt qısa məlumat, xəbərlərə abunə imkanını və digər zəruri informativ məlumatları özündə əks edirdi.

 

Owbike platformasının köhnə saytı  

Əsas saytın köhnə versiyası.

 

 

 

 

Yeni versiya bizi birbaşa qeydiyyat prosesi ilə qarşılayır. Sayt müasir minimalizm tərzində olsa da məlumatla zənginləşdirilib. Saytda sistemin istifadəçiyə təklif elədiyi "İmkanlar" barədə, sistem beta mərhələsindən çıxdıqdan sonra satılacağı "Tariflər" və saytlarda istifadə olunacaq "Məzmunlar" barədə məlumatlanmaq olar. Dizaynda göy tonlardan istifadə olunmuşdur. Həmçinin qeyd etməliyik ki, owbike.com saytının özü də elə müştəriyə təklif olunan Owbike sistemi tərəfindən idarə olunur. Sadəcə bu saytda rastlaşacağınız imkanlar hazırda test mərhələsindədirlər və istifadəçilər növbəti beta relizlərdə artıq bu imkanlardan da yararlana biləcəklər.

 

 

Owbike saytyaratma sisteminin 1 Mart 2018 tarixində yenilənmiş saytı 

Əsas saytın yeni versiyası.

 

 

 

 

 

 

Qeydiyyat prosesi.

Bu yenilənməyə qədər yaradılma mərhələsinin süni şəkildə qəlizləşdirilməsi sistemə gözlənilməyən böyük istifadəçi axınının qarşısını alırdı. Sayt yaratmaq üçün istifadəçi 6 mərhələdən keçməli idi.



  1. Əsas saytda emailini müvafiq formaya doldurmaq
  2. Emaila gəlmiş beta məlumatlar ilə tanış olmaq
  3. beta.owbike.com səhifəsində beta məlumatlar ilə giriş etmək
  4. Beta üçün nəzərdə tutulmuş səhifədə giriş etdikdən sonra “Beta” tarifini seçmək
  5. Açılmış qeydiyyat səhifəsində 10 sahəlik formu doldurmaq
  6. Qeydiyyat bitdikdən sonra Email-ə gəlmiş xüsusi kod ilə Email ünvanını təsdiq etmək.

 

Owbike patformasında köhnə qeydiyyat prosesi 

Köhnə qeydiyyat prosesi.

 

 

İndi isə artıq qeydiyyat prosesi əsas saytda kiçik bir formanın doldurulması və emailin təsdiqi ilə kifayətlənir.

 

 

 

 

 

Owtext tətbiqi.

0.3.0 Versiyasına qədər sistem istifadəçilərə 3 tətbiq təklif edirdi. Owpages, Ophoto və Owblocks. Bu tətbiqlər ilə sistemdə adi vizitka tipli saytlar yaratmaq mümkündür. Hazırki yenilənmə ilə gələn Owtext tətbiqi isə istifadəçiyə blog tipli sayt yaradmaq imkanını təklif edir. Sözügedən tətbiq vasitəsi ilə saytda mətnlər yaratmaq və həmin mətnləri bölmələrə birləşdirmək mümkündür. Öncəki tətbiqlər kimi Owtext də sistemdəki bütün tətbiqlər və adi funksiyalar ilə əlaqəlidir.



 

Digər yeniliklər.

  • Loginlərdən imtina edilmişdir. İstifadəçi öz saytının admin panelinə daxil olmaq üçün yalnız Email və şifrədən istifadə edəcəkdir.
  • “Ev” adlı məzmunda texniki dəyişikliklər edilərək Owtext tətbiqi üçün dəstək yaradılmışdır.
  • Qeydiyyat bitdikdə Email təsdiqi üçün göndərilən məktub yenilənmişdir.
  • Admin panel hissəsində təhlükəsizlik daha da təkminləşdirilmişdir.
  • Owphoto-da slaydşou bölməsində bəzən baş verən donmalar aradan qaldırılmışdır.
  • Owphoto-da slaydşou bölməsində slaydların link hissəsinə Owtext inteqrasiya olunmuşdur.
  • Owblocks tətbiqində menu yaradılarkən bəzən yaranan donmalar aradan qaldırılmışdır.
  • Owblocks-da menu bölməsində bəndlərin link hissəsinə Owtext inteqrasiya olunmuşdur.
  • Saytın Backend hissəsində texniki dəyişikliklər edərək cüzi sürət artımına nail olunmuşdur.
  • DNS keş ilə əlaqədar bəzən yaranan problem aradan qaldırılmışdır.

 

 

 


 

Media

Istifadə olunan şəkillər.

Yüklə