Bugfix 0.3.22

0.3.22 versiyalı bugfix yenilənmənin posteri

Saytların Admin panelləri, istifadə olunan tətbiqlər və digər Bugfix yenilənmələr.

Bu yenilənmə sistemdə aşkar olunmuş səhvlərin düzəlişini daşıyır. Düzəldilmiş qüsurların tam siyahısı aşağıdadır.

Əsas sayt - Owbike.com

  • Qeydiyyat zamanı şifrədə durğu işarələrindən istifadə zamanı yaranan xətalar aradan qaldırıldı.
  • Mail.ru sistemində yaradalımış ünvanlara məktubların göndərilməməsinə səbəb olan xətalar düzəldildi.
  • Tariflərin qiymətlərinin səhvən eyni qeyd olunması düzəldildi.
  • Əsas səhifənin yüklənmə sürəti optimallaşdırılmışdır.
  • "Yüklənmə" mərhələsi sürətləndirilmişdir.
  • "Yüklənmə mərhələsi daha anlaşıqlı, informativ və müasir dizaynla təmin edilmişdir.

Admin panel

  • "Jquery" 2.2.4 versiyasına yeniləndi.
  • "Profil" pəncərəsindən login sahəsi yığışdırılıb.
  • "Profil" pəncərəsində edilən dəyişikliklərin yaddaşa verilməsi zamanı yaranan xətalar düzəldildi.
  • "Profil" pəncərəsində Ad və Soyad ilə əlaqədar problem aradan qaldırıldı.
  • "Məxfi sual" və "Məxfi söz" yığışdırılmışdır.
  • Çıxış zamanı yaranan xətalar düzəldildi.
  • Yaranan bütün donmalar aradan qaldırıldı.
  • Admin panelə eyni anda fərqli cihazlardan giriş etdikdə yaranan xətalar düzəldildi.
  • "Unutmusan" düyməsindəki orfoqrafik səhv düzəldildi.

Owtext

  • Bölmələrin silinməsi zamanı baş verən xətalar düzəldildi.
  • Mətnlərin silinməsi zamanı baş verən xətalar düzəldildi.
  • Saytda məqalələrə bərkidilən şəkillərin Bölmənin səhifəsində görsənməməsi xətası düzəldildi.


Owblocks

  • Səhifələrə bloklar yerləşdirildikdə yaranan xətalar aradan qaldırıldı.

Owphoto

  • Slaydşouların silinməsi ilə əlaqədar yaranan xətalar aradan qaldırıldı.