Owbike 0.4.0 versiyasını açıq elan edir.

0.4.0 versiyasının posteri

Saytların admin panel hissəsinin dizaynı tamamilə yenilənib. Bir sıra yeni imkanlar əlavə olunub.

Bu gün Owbike sistemi istifadəçilər üçün sayca 10-cu olan beta versiyasını açıq elan edir. Bu versiyada saytların admin panel tərəfində ciddi dizayn dəyişiklikləri edilib. Ümumi panel və sistemdaxili tətbiqlər daha intuitiv dizayna sahiblənərək istifadəçinin idarəetməsini asanlaşdırıb. Həmçinin saytların ön hissəsi üçün sürətləndirici optimizasiyalar edilib və bir neçə yeni imkanlar əlavə edilib.



Ümumi admin panel.

Panelin “Giriş və çıxış” səhifələri daha da səliqəli hala gətirilmişdir. Modern dizayn ilə desktopun fon şəkli də yenilənmişdir. Panelin menyu hissəsinin rəngləri açıq tonlarla əvəzlənmişdir. Şriftlər yenilənib. Pəncərələrin idarəetmə düymələri sol küncə yerləşdirilib. Tənzimləmə, Profil pəncərələrinin dizaynı yenilənib. Tətbiqlərin bir-biri ilə əlaqəsi optimallaşdırılıb. Tətbiqlərin ikonları yenilənib, onların yerləşdiyi rəf yumru formadan düzbucaq formaya gətirilərmişdir. Nəticədə işləmə sahəsi daha da genişlənib. Rəfi gizlətmək üçün nəzərdə tutulan düymənin ikonu yenilənmişdir.

Admin panel yeni dizaynda

Yeni Admin panel





Köməkçilər.

İstifaçilərimizin idarəetməni daha tez anlamaqları üçün sistemə yeni “Köməkçilər” funksiyası əlavə etdik. Bu kiçik pəncərələr istifadəçini panel ilə tanış edirlər. Köməkçilər istifadəçiyə bir növ yol göstərərək, idarəetmənin öyrədilməsini sürətləndirirlər. Hər yenilənmə ilə köməkçilərin sayının artırılması planlaşdırılır.

İstifadəçini idarəetmə paneli iə tanış edən Köməkçilər

Köməkçilər.

Owpages.

Owpages tətbiqinin dizaynı yenilənmişdir. Əlavə etmə və redaktə hissələrində forma genişlənmişdir. Bununla saytda səhifə yaratma prosesi daha da asanlaşdırılmışdır.

Saytda səhifələr yaratmaq üçün Owpages tətbiqi

Owpages

Owblocks.

Owblocks tətbiqinin dizaynı köklü şəkildə yenilənib. Tətbiqin blok yaratma səhifəsi daha da intuitiv hala gətirilib. Artıq digər tətbiqlər ilə inteqrasiya yaradaraq həmən tətbiqlərin materiallarından blok yaradıb səhifələrə bərkitmək mümkündür. Məsələn: Owtext tətbiqindən bölmələri Owblocks tətbiqinə inteqrasiya edərək kartlar yaradıb Owpages vasitəsi ilə yaradılmış səhifələrə bərkitmək olar.

Saytın struktur bloklarını idarə etmək üçün Owblocks tətbiqi

Owblocks





Facebook video və Google xəritə.

Owblocks tətbiqinə əlavə olunmuş yeni imkanları təqdim edirik. Artıq bu tətbiq vasitəsi ilə Facebook sosial şəbəkəsinə yüklənilmiş videonu öz saytınızda nümaiş edə bilərsiniz. Blok yaradıldıqda sizdən heç bir mürəkkəb əməliyyatlar tələb olunmur. Bunun üçün sadəcə Facebook-dakı videonun linkini kopyalayırsınız, Owblocks tətbiqində “Facebook video” blokunu yaradırsınız və saytınızın istədiyiniz səhifəsinə yerləşdirirsiniz.

Veb saytda facebook video yerləşdirilməsi

“Facebook Video” blokunun “Ev” məzmununda görüntüsü.




Eyni misal ilə Google Xəritədən hər hansı məkanı da blok formasında saytınıza yerləşdirə bilərsiniz. Google sistemi Xəritədə seçdiyiniz məkanı paşlaşmaq üçün sizə xüsusi kod verir. Bu kod vasitəsi ilə blok yaratmaqla saytınızda xəritələr yerləşdirə bilərsiniz.

Sayta Googe xəritə yerləşdirilməsi

“GoogleXəritə” blokunun “Ev” məzmununda görüntüsü.

Owtext tətbiqi.

Owtext tətbiqində dizayn dəyişikliklərindən savayı, funksional yeniliklər də baş verib. Mətnlərə artıq Tarix qeyd etmək mümkündür. Əvvəl Mətnlərin daxilindəki şəkillərdən savayı, materiala yalnız bir əsas şəkil bərkitmək mümkün idi. Bu şəkil saytda bölmələrə baxdıqda hər mətnin yaxınlığında görsənirdi. Artıq şəkildən əlavə kiçik ikon da bərkitmək olar. Bu ikon tətbiqin təklif etdiyi bir sıra imkanlarda özünün yaranma səbəbini göstərir.

Mətnlər ilə yanaşı bölmələrdə yeni imkanlarla zənginlənib. Artıq bölməyə xüsusi şəkil təyin etmək və izah yazmaq olar.

Owblocks tətbiqinin bəxş etdiyi inteqrasiya imkanları ilə artıq siz yaratdığınız bölmələrin kartlarını yaradıb onları saytınızın səhifələrində bərkidə bilərsiniz. Hazırda iki dizayn təklif olunur. Təklif olunan dizaynlardan istifadə edərək mətnlərinizin qısa hissəsini fərqli görünüşdə istənilən səhifəyə çıxara bilərsiniz. Yaxın zamanlarda Tətbiqin təklif etdiyi kart dizaynları daha da genişlənəcək.

Saytda bölmə kartlarının yerləşdirilməsi

“Bölmə kartları” blokunun 2-ci Dizaynının “Ev” məzmununda görüntüsü.




Digər yeniliklər.

  • Saytın dahada sürətli işləməsi üçün saytların daxilində keş sistemi gücləndirilib.
  • Sayt yaradıldığı zaman bəzən ilkin giriş zamanı çıxan nasazlıqlar aradan qaldırılıb.