Bugfix 0.4.5

0.4.5 versiyasının posteri

Saytlarda istifadə olunan "Ev" məzmunu, Owtext və digər bugfix yenilənmələr.

Bu yenilənmə saytlarda aşkar olunmuş dizayn səhvlərin düzəlişini daşıyır. Həmçinin bir neçə yeniliklər əlavə olunmuşdur. Dəyişikliklərin tam siyahısı aşağıdadır.

"Ev" məzmunu

  • Aşkar olunmuş bütün dizayn nöqsanları aradan qaldırılıb.
  • Saytlara fərqli cihazlardan baxarkən slayderlərdə yaranan ölçü problemləri aradan qaldırılıb.

Ümumi admin panel

  • Tətbiqlərin mətn sahələri optimizasiya olunub. Aşkar olunmuş səhvlər aradan qaldırılıb.
  • Tətbiqlərdə şəkil yüklədikdə nadir hallarda yaranan donmalar aradan qaldırılıb.
  • Profil pəncərəsində aşkar olunmuş kiçik dizayn nöqsanları aradan qaldırılıb.
  • Təhlükəsizlik daha da gücləndirilib.


Owtext

  • Dizayn dəyişiklikləri edilərək tətbiqin intuitivliyi artırılıb.
  • Mətnlərə şəkil bərkidilməsi vacibliyi ləğv olunub. Mətnə şəkil bərkitmək imkanı istifadəçinin seçiminə buraxılıb.
  • Mətn başlıqları ilə əlaqədar yaranan problemlər aradan qaldırılıb.
  • Owblocks ilə inteqrasiya vasitəsi ilə "Bölmə kartlarının" yaradılması prosesi daha da intuitivləşdirilib.
  • Owblocks ilə inteqrasiya edərək yaradılan "Bölmə kartlarının" dizayn çeşidləri artırılıb.
  • Owblocks ilə inteqrasiya edərək yaradılan "Bölmə kartlarında" 1-ci dizaynda bölmənin şəkli olmadıqda yaranan qüsur aradan qaldırılıb.


Owblocks

  • Səhifələrdə bəzən blokların görsənməməsi problemi aradan qaldırılıb.
  • Blokların yerləşdirilmə səhifəsində aşkar olunmuş dizayn qüsurları aradan qaldırılıb.

Owpages

  • Aşkar olunmuş kiçik dizayn nöqsanları aradan qaldırılıb.

Owhoto

  • Saydşou-ların slaydlarının mətn hissəsinə yeni imkanlar əlavə edilib.