Bugfix 0.5.8

0.5.8 versiyasının posteri 

 

Tətbiqlərdə aşkar olunmuş bugların düzəlişi və bir neçə asanlaşdırıcı dəyişikliklər. 

Bu yenilənmə sistemdaxili tətbiqlərdə aşkar olunmuş səhvlərin düzəlişini daşıyır. Həmçinin kiçik asanlaşdırıcı dəyişikliklər edilmişdir. Dəyişikliklərin tam siyahısı aşağıdadır.

 

 

 

Owtext

  • Owtext tətbiqində Mətn əlavə edilərkən yaranan nöqsanlar aradan qaldırılıb.
  • Owtext-də mətnlərə şəkil bərkidilmədikdə "Bölmə kartlarının"  2-ci dizayn-ında yaranan vizual nöqsanlar aradan qaldırılıb.

 


Owblocks

  • Owblocks tətbiqinin "Yerləşdir" səhifəsi daha da intuitivləşdirilib.
  • Blokların yerləşdirilmə səhifəsində aşkar olunmuş dizayn qüsurları aradan qaldırılıb.
  • Owblocks tətbiqində menyu yaradılmasında kiçik texniki dəyişikliklər edilərək tətbiq daha da asanlaşdırılıb.
  • Owblocks tətbiqinin "Redaktə et" səhifəsindəki cədvəldən "Əlavələr" sütunu  ləğv olunub.
  • Owblocks tətbiqinin "Redaktə et" səhifəsindəki cədvələ blokların saytın hansı səhifələrdə yerləşdirildiyini göstərən "Yerləşməsi" sütunu əlavə olunub.
  • Google xəritə blokunun yaradılması daha da intuitivləşdirilib.
  • Bölmə kartlarının yaradılması biraz daha asanlaşdırılıb.