Tətbiqlərdə aşkar olunmuş bugların düzəlişi və bir neçə asanlaşdırıcı dəyişikliklər.
Bu yenilənmə sistemdaxili tətbiqlərdə aşkar olunmuş səhvlərin düzəlişini daşıyır. Həmçinin kiçik asanlaşdırıcı dəyişikliklər edilmişdir. Dəyişikliklərin tam siyahısı aşağıdadır.
Owtext
- Owtext tətbiqində Mətn əlavə edilərkən yaranan nöqsanlar aradan qaldırılıb.
- Owtext-də mətnlərə şəkil bərkidilmədikdə "Bölmə kartlarının" 2-ci dizayn-ında yaranan vizual nöqsanlar aradan qaldırılıb.
Owblocks
- Owblocks tətbiqinin "Yerləşdir" səhifəsi daha da intuitivləşdirilib.
- Blokların yerləşdirilmə səhifəsində aşkar olunmuş dizayn qüsurları aradan qaldırılıb.
- Owblocks tətbiqində menyu yaradılmasında kiçik texniki dəyişikliklər edilərək tətbiq daha da asanlaşdırılıb.
- Owblocks tətbiqinin "Redaktə et" səhifəsindəki cədvəldən "Əlavələr" sütunu ləğv olunub.
- Owblocks tətbiqinin "Redaktə et" səhifəsindəki cədvələ blokların saytın hansı səhifələrdə yerləşdirildiyini göstərən "Yerləşməsi" sütunu əlavə olunub.
- Google xəritə blokunun yaradılması daha da intuitivləşdirilib.
- Bölmə kartlarının yaradılması biraz daha asanlaşdırılıb.