Owbike GO 1.0 versiyasını təqdim edir

1.0 versiyasının posteri 

 

İlk major versiya.

Owbike bu gün ilk reliz versiyasını təqdim edir. Uzun zamandır gözlənilən reliz 14 beta versiya nəticəsində ərsəyə gəlmişdir. Sayt yaratmaq üçün ölkə daxilindəki bütün təklifləri dəfələrlə üstələyən Owbike “GO 1.0” versiyası ilə kiçik və orta biznes sahələrinin vebsayt işini köklü şəkildə asanlaşdıracaq. Platforma vasitəsilə asanlıqla qeydiyyatdan keçdikdən sonra sayt və onu idarə etmək üçün admin panel əldə edirsiniz. Sistem daxilində bütün saytlar ayrı-ayrı lokasiyalarda yerləşdikləri üçün onların müstəqilliyinə, biri-birindən asılı olmamasına və beləliklə, dolayı yolla Owbike-ın bir çox digər bənzər sistemlərdən daha təhlükəsiz struktura malik olmasına zəmanət verilir. Qeydiyyatdan sonra dərhal giriş olunan admin panel öz görüntüsü ilə bizə desktop Əməliyyat sistemlərini xatırladır və bu geniş imkanlı panel vasitəsilə saytınızın istənilən hissəsində lazımlı yenilənmələr apara bilərsiniz.




Panel.

Bu cür innovativ interfeysin 3 səbəbi var. Birincisi, belə bir görüntü bu günə qədər heç bir sayt idarə etməmiş şəxslər üçün daha asan olacaq. ƏS-dəki məntiq və intuitivlik idarəçiyə qısa zamanda sistemə öyrəşməyə yardım edəcək. İkinci səbəb, sistemin görüntüsündən savayı işləməsi də ƏS-lərə bənzər strukturdadır. Panel əsas funksionallıq və tətbiqlərdən ibarətdir. Hər bir tətbiq saytın müəyyən kontent növü üçün nəzərdə tutulmuşdur. Go 1.0 versiyası 4 fərqli tətbiq ilə təqdim olunur : Owpages, Owphoto, Owtext, Owblocks. Tətbiqlərdən savayı Panelin öz ümumi funksionallığı da mövcuddur. Saytın tənzimləmələri, Saytın özünə keçid, Tarif və ödənişlər və s. panelin üst hissəsində menyuda əks olunur.

Və nəhayət, üçüncü səbəb. Belə bir interfeys “multiəməliyyat” və “hamısıbirində” məqsədlər üçün idealdır. Siz saytınızda eyni anda iki fərqli kontentə nəzarət etmək istədikdə bu interfeysin necə ideal oluğunu anlayırsınız. Həmçinin Owbike, ümumiyyətlə,veb ilə əlaqədar və bir sayt sahibinə lazım ola biləcək bütün alətləri bu paneldə cəmləşdirmək istəyir.

Veb sayt yaratmaq və onu idarə etmək üçün admin panel 

 

Go 1.0 Admin Panel





Owpages tətbiqi.

Saytınızda səhifələr yaratmaq üçün ideal alət. Səhifənin başlığını, kontentini və hətta linkini belə özünüz təyin edə bilərsiniz. Səhifənin kontent hissəsini tərtib etmək üçün daxili mətn redaktoru işinizi dəfələrlə asanlaşdıracaq.  Bir neçə növ səhifə yaratmaq mümkündür:

  • “Sadə” səhifələr saytın bildiyimiz adi səhifələridir.
  • “Xüsusi” səhifələrin sadə səhifələrdən fərqi ondadır ki, xüsusi səhifələrə individual dizaynlar verə bilərsiniz. Belə ki, Owblocks tətbiqində bu səhifələrin hər birinə özəl blok yerləşdirmələri edə biləcəyiniz xüsusi bəndlər yaradılır.
  • “Səhifə mövcud deyil” səhifəsi bəzən rastlaşdığınız ‘404 səhifə tapılmadı’ səhvini çıxaran səhifədir. Owpages imkan yaradır ki, siz hətta bu səhifəni də istədiyiniz kimi tərtib edəsiniz.
  • “Hazırlanma” səhifəsinin funksiyası da yuxarıdakına biraz bənzəyir. Siz saytınızı istənilən vaxt aktiv və deaktiv rejiminə keçirə bilərsiniz.  Deaktiv rejiminə keçiriləndə saytın yalnız bir səhifəsi görünəcəkdir. Sayta daxil olanlara hazırlanma mərhələsində olduğunuzu göstərən bu səhifəni Owpages-da istədiyiniz formada tərtib edə bilərsiniz.

 

Əlavə olaraq qeyd etmək lazımdır ki, Owpages-da heç bir səhifə sayı limiti yoxdur. Yəni, saytınızda istədiyiniz qədər səhifə yarada bilərsiniz.

 

Saytın səhifələrini yaratmaq üçün Owpages tətbiqi 

 

Owpages




Owtext tətbiqi.

Bu tətbiqlə saytınızda səhifələr yaradıb onları qruplaşdıra bilərsiniz. “Bölmələr” adlanan bu qrupların daxilində yaradacağınız “Mətnlər” adlı səhifələri istənilən kontent ilə təmin edə bilərsiniz. Owpages-ın səhifələrindən bir başqa fərqi də burada hər mətnin öz ayrıca şəkli və kiçik ikonu ola bilməsidir. Saytınızı bölmələrə böldükdən sonra hətta həmin bölmələrdən qısaldılmış formada kartlar düzəldib saytın istənilən hissəsində yerləşdirə bilərsiniz. Bu funksiyadan yararlanmaq üçün Owblocks tətbiqində “Bölmə kartları” yarada bilərsiniz.

 

Bölmələr və mətnlər yaratmaq üçün Owtext tətbiqi  

 

Owtext




Owphoto tətbiqi.

Burada saytınızda istifadə etdiyiniz bütün şəkilləri bir arada görə bilərsiniz. Qeyd etmək lazımdır ki, sayta yüklənilən bütün şəkillər 4 ölçüdə nüsxələnir. Saytınıza baxarkən istifadə olunan cihazın növündən asılı olaraq (smartfon/planşet/desktop/notbuk) lazımi ölçüdə şəkillər yüklənir. Bununla sayt bütün cihazlarda sürətli işləyir və eyni zamanda bu cihazlara uyğun formada görünür.

Tətbiqdə bundan başqa şəkilləri albomlara birləşdirmək və slaydşoular yaratmaq mümkündür.

Şəkilləri idarə etmək üçün Owphoto tətbiqi  

Owphoto



Owblocks tətbiqi.

Bu tətbiq yaratdığınız səhifə, mətn və bölmələrin dinamik bloklarla zənginləşdirilməsi üçündür. Bu o deməkdir ki, bir blokda səhifə, mətn və bölmələr eyni anda bir-biri ilə əlaqələnə bilər. Saytın önəmli hissələrindən olan Menyu da məhz blok vasitəsilə yaradılır. Yerləşdirmək istədiyiniz bütün məlumatların saytda görünməsi üçün Owblocks əhəmiyyətli rol oynayır. Çünki blokları hazırladıqdan sonra onları “Yerləşdir” hissəsində əsas səhifəyə, xüsusi səhifələrə, bölmələrə və mətnlərə bərkidirsiniz. Həmçinin, Owblocks sizə blokları istədiyiniz zaman istədiyiniz kimi redaktə etmə və lazım olduqda blokları nüsxələmək imkanını verir. Bundan əlavə, səhifələrə Facebook və Youtube kimi şəbəkələrdən video əlavə olunması da Owblocks-un funksiyalarına daxildir.Facebook-dan video yerləşdirmək üçün ‘Facebook Video’ bloku yaratmaq lazımdır.Youtube-dan video yerləşdirmək üçün isə, sadəcə, kopyaladığınız linki mətn sahəsinə yerləşdirmək kifayətdir.Bu zaman sistem avtomatik olaraq videonu görüntüləyir.

Saytın blok strukturunu idarə etmək üçün Owblocks tətbiqi   

 

Owblocks



Domen.

Yuxarı menyunun “Sayt” bəndindən daxil ola biləcəyiniz “Domen”  pəncərəsi saytınıza domen bərkitmək üçündür. Özəl üstünlüyü isə sizi bizdən domen almaq kimi məcburiyyət qarşısında qoymamasında  və asanlığındadır. İstənilən provayderdən əldə etdiyiniz domeni qısa zaman ərzində asanlıqla saytınıza bərkidə bilərsiniz.

Yaradılan sayta domen bərkitmək üçün Domen pəncərəsi  

 

Domen




Balans və Tarif.

Saytı ilk yaratdığınız zaman test müddətində olursunuz. Bu müddət ərzində Owbike sistemini sınayıb, hətta saytınızı tam hazır edə bilərsiniz. Sınaq üçün ayrılmış vaxt bitdikdə tarifə keçməlisiniz və keçdiyiniz tarifə uyğun aylıq ödəniş etməlisiniz. Bunu etmək üçün xüsusi pəncərələr var. “Tarif” pəncərəsində abunə olduğunuz tarif, tarixlər, növbəti ödəniş müddəti və s. məlumatlar ilə tanış ola, tarifin ödənişlərini edə bilərsiniz. Balans pəncərəsi isə Elektron ödəniş imkanları vasitəsi ilə btraalansınıza vəsait daxil etmək və ödənişlərə nəzarət etmək üçündür.

Admin paneldə Balans pəncərəsi  

 

Balans







 

Versiyanın xüsusi reklam çarxı