Owbike GO 1.1.32 versiyasını təqdim edir

1.1.32 versiyasının posteri 

 

Saytın sosial şəbəkələr ilə əlaqəsi üçün yeni tətbiq, Bold tarifi və İnstruksiyalar.

Bu versiyada sistemə istifadəçilərin işinə yarayacaq bir sıra yeniliklər əlavə olunub.Həmçinin, reliz versiyamızın istər ümumi sistem və admin panelində, istərsə də ayrı-ayrı tətbiqetmələrdə aşkarlanan bəzi xırda problemlər və bug-lar aradan qalxıb.

 

 

 

inSocial

Bu tətbiq saytın sosial şəbəkələr ilə əlaqələri üçün nəzərdə tutulmuşdur. Hazırda tətbiq saytın hər-hansı səhifəsinin Facebook-da paylaşılan zaman necə görünəcəyini idarə edir. Tətbiq səhifədəki şəkillərdən, səhifədəki başlıq və mətndən istifadə edərək Facebooka özəl meta məlumatlar yaradır. Həmçinin istifadəçi saytın səhifəsində heç bir dəyişiklik etmədən səhifənin Facebookda paylaşıldıqda necə görünəcəyini dəyişə bilər.

inSocial tətbiqi 

 

 

 

“Bold” tarifi açıq elan edilib.

Yeni yaradılan inSocial tətbiqi bu tarifdə aktiv olacaq.(Tarifə keçdikdən sonra, Tətbiqdən yararlanmaq üçün Paneli yenidən açmaq lazımdır) “Silver” tarifində ödənişsiz sınaq müddəti 24 saat olduğu halda, “Bold” tarifində bu müddət 3 gün təşkil edir. Tarifin aylıq ödəniş məbləği 30 AZN-dir. Digər imkanlar arasında limitsiz səhifə sayı, öz domenini bərkitmə imkanı kimi funksiyalar var.

Bold tarifi Admin paneldə 

 

 

 

İnstruksiyalar

Paneldə funsional menyuya kömək bəndi əlavə olunmuşdur. Bəndin daxilində instruksiyaların cəmləşdiyi help.owbike.com saytına keçid yaradılıb. Bu kömək üçün yaradılmış sayt vasitəsi ilə istifadəçi sayt yaradılma prosesi barədə sualların cavab tapa bilər.

 

Yenilənmələrdən savayı aşkar olunmuş bir çox xətalar da aradan qaldırılıb:

1.Panel :

 

  • Yüklənmə işarəsinin bəzən görsənməməsi problemi aradan qaldırılıb.
  • Bəzən Profil pəncərəsinin iki dəfə təkrarən açılması problemi aradan qaldırılıb.
  • Yenilənmə pəncərəsində aşkarlanan interfeys nöqsanları aradan qaldırılıb.
  • Ödəmə zamanı gələn bildirişdə aşkarlanan problem aradan qaldırılıb.
  • Balans artırılan zaman bəzən panelin yuxarı hissəsinin itməsi problemi aradan qaldırılıb.
  • Profildə dəyişikliklər edilən zaman bəzən panelin yuxarı hissəsinin itməsi problemi aradan qaldırılıb.
  • Yenilənmə zamanı pəncərənin həcminin böyüklüyü və “yenilə” düyməsinin görsənməməsi problemi aradan qaldırılıb.
  • Bəzi sözlərdə orfoqrafik səhvlər düzəldilib.
  • Yenilənmə əməliyyatı zamanı çıxan bildiriş pəncərəsinin mətnində aşkar olunmuş problem həll edilib.

 

2.Owblocks

  • Menyu yaradıldıqda və redaktə olunanda forma yalnız bənd seçildikdə görsənir. Bununla menyunun editlənməsi daha da intuitivləşir.
  • Bölmə kartları yaradıldıqda aşkar olunan kiçik interfeys nöqsanları aradan qaldırılıb.
  • Menyu yaradıldıqda aşkarlanan kiçik interfeys nöqsanları aradan qaldırılıb.
  • 18, 19, 20-ci dizaynlı bölmə kartlarında mətn sayı 3 olduqda yaranan bəzi vizual problemlər, həmçinin 18-ci dizaynda şəkillərin görsənməməsi problemi aradan qaldırılıb.
  • Menyu redaktəsi zamanı yeni bəndin yadda saxlanılmaması problemi həll edilib.
  • Blok yerləşdirmə səhifəsində məzmun üzrə aktiv olmayan sahənin aktiv kimi görsənməsi problemi həll edilib.
  • Xarici keçid qeyd olunan hissələrdə dizayn problemi aradan qaldırılıb.

 

3.Owpages

  • Redaktə etmə zamanı yaranan kiçik nöqsanlar aradan qaldırılıb.
  • Bəzən statusun mətninin görsənməməsi problemi həll edilib.
  • Status seçimi yazısının olmaması problemi aradan qaldırılıb.
  • Səhifə redaktə olunduqda aşağıda “əlavə et” düyməsini “yadda saxla” düyməsi əvəzləyib.


4.Owphoto

  • Tətbiqlərdə şəkil bərkidilən sahələrdə şəkli silmək imkanı yaradılıb.
  • Fərqli ekranlarda şəkillərin bəzən görsənməməsi problemi aradan qaldırılıb.

 

5.Owtext

  • Mətnlərin redaktəsi zamanı bəzi düymələrin ingilis dilində olması problemi aradan qaldırılıb.
  • Mətnin “Tam Mətn” hissəsində bəzən font və ölçü dəyişiklikləri ilə bağlı problem aradan qaldırılıb.
  • Mətnlərin qısa fraqmentində şəkillərin ölçü problemi həll edilib.

 

7.”Ev” məzmunu

  • Bölmələrdə kontentin yuxarı və aşağı  hissələrinə bərkidilmiş blokların görsənməməsi problemi aradan qalxıb.

 

8.Əsas Sayt(owbike.com)

  • Qeydiyyatda şifrə sahəsindəki border-in sağa meyilli olması problemi həll edilib.
  • Saytın menyusunda aşkar olunmuş dizayn nöqsanları aradan qaldırılıb.