Owbike GO 1.2.0 versiyasını təqdim edir

1.2.0 versiyasının posteri 

 

Məzmun seçimi, Owforms tətbiqi, Harley tarifi və digər dəyişikliklər.

Bu yenilənmədə Saytda müxtəlif formalar yaratmaq üçün yeni tətbiq istifadəyə verildi. Həmçinin Saytın dizayn elementlərini təyin edən - Məzmunu dəyişmək imkanı, “Orange rims” məzmunu və “Harley” tarifi təqdim edildi.

 

 

 

Məzmun seçimi

Bu versiyada sistemə məzmun seçimi imkanı əlavə olunmuşdur. Fərqli məzmunlara keçə bilmək imkanı saytın aid olduğu brendə daha uyğun görsənməsi üçündür. Məzmun özündə saytın kontent ətrafı görünüşünü və kiçik dizayn elementlətini daşıyır. Məzmunun dəyişilməsi saytın görünüşünə bir neçə istiqamətdə təsir göstərir: Fon rəngləri, şriftlər, ölçülər, bəzək elementləri, rəng çalarları və s. Məzmunda istifadə olunan şriftlər saytın admin panelində istifadə olunan mətn redaktorlarında da istifadə olunur. Saytın Məzmununu admin paneldən dəyişmək olar. Bunun üçün Panelin üst menyusunda “Sayt” bəndindən “Məzmun” pəncərəsinə daxil olmaq lazımdır.

 

Admin paneldə Mənim məzmularım pəncərəsi 

 

 

 

Orange rims.

Yeni Orange rims məzmunu brendində tünd qara və narıncı rənglərdən istifadə edən şirkətlər üçün ideal bir seçimdir. Bu məzmun özəlliklə avto-mexanika texnologiyaları üzrə xidmət/məhsul təklif edən şirktlər üçündür. Məzmunun dizaynında Qara rəng, boz rəng və narıncı tonlardan istifadə olunur. Məzminin adında gördüyünüz “rims” sözü dizaynın daxilində avtomobil diskləri illustrasiyalarından istifadə olunmasına işarədir. Məzmun Owblocks və Owtext integrasiyaları ilə yaratdığınız bölmə kartlarının başlıq hissəsinin altında maraqlı bir ornament yerləşdirir: kiçik narıncı xətlər və disk. Məzmunun Owbike sistemi ilə geniş bağlantıları imkan verir ki, sistem sizin admin paneldə yükləyəcəyiniz ikonu diskin əvəzinə yerləşdirsin. Narıncı tonlarda düymələr və Owformsdan istifadə edərək yaradacağınız formalar bu məzmunda çox cəlbedici görsənir. Dizaynda gözoxşayan, rahatoxunaqlı və eyni zamanda universal olan şriftlərdən istifadə olunub. Məzmun təbii ki, bütün cihaz ekranlarına uyğundur və istər planşetdə, istər noutbukda, istərsə də masaüstü kompüterdə baxılmasından asılı olmayaraq bu dizaynda yaradılmış sayt ideal görsənəcək. Bütün bu üstünlüklərə baxmayaraq Orange rims tamamilə pulsuz təklif olunur və keçid heç bir əlavə ödəniş tələb etmir. Orange rims məzmununu Harley tarifinə keçdikdən sonra sınaya bilərsiniz.

Orange rims məzmunu 

 

 

 

Owforms tətbiqi

Owforms tətbiqi sizə müxtəlif həcmdə formalar yaratmaq imkanı verən faydalı bir alətdir. Tətbiq vasitəsi ilə formalar yaratmaq, yaradılmış formalardan məlumatlar toplamaq və hətta formaları saytın istənilən hissəsində blok kimi yerləşdirmək olar. Tətbiq istifadəçini limitləmir. Yaratdığınız formalara lazım olan sahələri əlavə edərək siz abunə forması, əlaqə forması və sorğu formaları və s. formalar yaradıb saytın istənilən sahəsinə yerləşdirə bilərsiniz. Tətbiqdə forma yaradıldıqda sistemdə o müstəqil bir səhifə kimi əks olunur və istifadəçi hətta bu səhifənin keçid ünvanını da istədiyi kimi təyin edə bilər. Owblocks vasitəsi ilə inteqrasiya isə sizə yaradılmış formanı blok kimi saytın istədiyiniz hissəsinə yerləşdirmək imkanını verir. Tətbiqdə forma yaratdıqda siz formanın başlığını, izahını, sahələrini, “göndər” düyməsinin üzərində yazılacaq olan yazını və hətta saytınızın ziyarətçiləri formanı doldurduqda müvəffəqiyyət mesajının necə olacağını da özünüz təyin edə bilərsiniz. Owforms tətbiqi Harley tarifinin imkanlar sırasına daxildir.

 

Owforms tətbiqi 

 

 

 

Harley tarifi

Harley tarifi daha öncə istifadəyə verilmiş tariflərdən həcmi, nisbətən daha uzun sınaq müddəti və yeni imkanları ilə fərqlənir. Tarif sizə 5GB yer həcmini verir və siz Harley-i 7 gün ərzində heç bir ödəniş etmədən sınaqdan keçirə bilərsiniz. Məzmun seçimi və Owforms tətbiqi də məhz bu tarifdə açıqdır.

Harley tarifi 

 

 

 

Digər Dəyişikliklər

  • Yeni köməkçilər əlavə olunub.
  • Şriftlər optimallaşdırılıb.
  • Tətbiqllərin pəncərəsinin ölçüləri 900x580-dən 960x540-a dəyişdirilərək genişləndirilib.
  • Sistemdə aparılan optimallaşdırma nəticəsində sistemin sürəti artıb.
  • Owtext tətbiqində aşkar olunmuş vizual nöqsanlar aradan qaldırılıb.
  • Owphoto tətbiqində slaydşou hissəsi daha da asanlaşdırılıb.
  • Owphoto-da şəkil yüklədikdə saytın sürətinin istənilən cihazda optimal olması məqsədi ilə şəkillərin yığcamlaşmış versiyalar sırasına 360px ölçüsü də əlavə olunub.