Owbike 1.3.0 versiyasını təqdim edir

1.3.0 versiyasının posteri 

 

Brendblok, loqonun yenilənməsi və digər dəyişikliklər.

Bu yenilənmədə Saytda loqonu istənilən formada və istənilən sahəyə yerləşdirmək imkan əlavə olundu. Həmçinin Owbike-ın loqosu dəyişdirildi və bu panelin əlaqədar hissələrində öz əksini tapdı.

 

 

 

Brendblok

Owblocks tətbiqinə Brendblok funksiyası əlavə olunub. Bu funksiya ilə loqonuzu saytın istənilən hissəsində yerləşdirə bilərsiniz. Loqonun yanında görsənəcək olan adın təyin edilməsi də sərbəstdir. Üstəlik, loqonun böyüklüyü və kiçikliyini istəyinizə uyğun olaraq tənzimləyə bilərsiniz. Və sonunda yaratmış olduğunuz brendbloku istənilən səyifəyə istədiyiniz sahələrə yerləşdirə bilərsiniz. Ümumiyyətlə, tezliklə loqonun bərkidilməsi “Tənzimləmələr” pəncərəsindən çıxarılıb, tamamilə brenbloka əlavə olunacaq. Brendblok yalnız seçilmiş məzmunlar üçün nəzərdə tutulub.

Brendblok imkanının yaradılması “Tənzimləmələr” pəncərəsindəki loqo seçimi köməkçisinin mətnində də öz əksini tapıb.

 

Saytda yollar funksiyası 

 

 

 

Loqonun yenilənməsi

Owbike platformasının loqosu yenilənib. Bu yenilənmə admin panelin əlaqədar hissələrində öz əksini tapıb.

 

 

 Digər Dəyişikliklər

  • Owtext tətbiqetməsində mətn yaradan zaman mətnin şrift ölçüsünü seçərkən baş verən xəta aradan qaldırılıb.
  • Sistemin ən köhnə versiyalarında yaradılmış saytlarda yenilənmə zamanı baş verən xəta aradan qalxıb.
  • Owblocks tətbiqində blok yaradarkən imtina düyməsinə basdıqda baş verən xəta aradan qaldırılıb.
  • Ev məzmununda səhifənin aşağı hissəsində yaranan boşluq xətası aradan qaldırılıb.
  • Owpages tətbiqində səhifənin daxilinin yazıldığı hissədə bəzən yaranan vizual xətalar aradan qaldırılıb.
  • Owtext tətbiqində bölmə redaktəsi zamanı mətn sahəsində yaranan xəta aradan qaldırılıb.