Owbike loqosunu yenilədi

Owbike şirkəti loqosunu dəyişdi 

Müasir trendlərə uyğun minimalist tərzdə yeni loqo.

“Owbike” - Optimized Web Bicycle proqramının mənşəyi məşhur “Yenidən velosiped yaratmağa ehtiyac yoxdur; götür və istifadə et” ifadəsindən gəlir. Bu ifadə bəzən ingilis dilində “Don’t reinvent the wheel” - yəni “Yenidən çarx ixtira etmək lazım deyil” kimi də istifadə olunur. Yeni loqonun ikonunda ifadənin hər iki versiyası öz əksini tapır. İkonda velosipedin və ya daha sürətli hesab olunan motosikletin ön hissəsi əks olunub.

Göy rəng və onun çalarları etibarlılıq və güvən rəmzi hesab olunduğu üçün loqoda məhz bu rəngin çalarlarından istifadə olunub.

Loqonun mətn hissəsi gözəçarpan şəkildə vurğulanıb.

Şrifti müəyyənləşdirərkən ikona uyğun və müasir görünüşlü olmasına xüsusi diqqət edilib. Loqoda istifadə olunan font üzərində bir sıra dəyişikliklər edilmiş “Hammer Smith One” şriftidir.

Loqoda istifadə olunan bütün ölçülər “golden ratio” standartlarına əsaslanır.

Yeni logonun hazırlıq prosesi 

  

Loqo 3 vizual formada olunacaq. Vertikal, horizontal və tək ikon.

Yeni logonun müxtəlif versiyaları 

Tezliklə Owbike ilə əlaqəli bütün platformalarda loqo yenilənəcək.