Bugfix 1.3.37

1.3.37 versiyasının posteri 

 

Tətbiqlərdə və ümumi sistemdə aşkar olunmuş bugların düzəlişi, optimizasiya və yığcamlaşdırılma.

Bu versiyada ümumi sistemdə, admin paneldə, həmçinin tətbiqetmələrdə aşkarlanan kiçik xəta və problemlərin böyük bir qismi aradan qaldırılıb. Sistem faylları optimizasiya edilərək 60 mb-dan 57 mb-a yığcamlaşdırılıb, həmçinin sistem sürətləndirilib.




Aradan qaldırılan problem və xətaların siyahısı:

 

  1. Owblocks :
  • Səhifəyə bir neçə slaydşou yerləşdirdikdə blokların sıralanmasında yaranan problem aradan qaldırılıb.
  • “Redaktə et” sahəsində blokların siyahısı ilə bağlı yaranan problem aradan qaldırılıb.
  • Blokların yerləşməsi ilə bağlı bəzən yaranan vizual problem aradan qaldırılıb.
  • Sadə səhifəyə menyu bərkidilməsi zamanı bəzən yaranan problem aradan qaldırılıb.
  • Menyu bəndlərinin keçidlərinin açılmaması problemi aradan qaldırılıb.
  • Menyunun kopyalanması zamanı bəndlərin də kopyalanması problemi aradan qaldırılıb.
  • Facebook video bloku yaratdıqdan sonra əməliyyatla əlaqəli bildirişin çıxmaması problemi aradan qaldırılıb.
  • “Redaktə et” sahəsində siyahının başlıq hissəsindəki fonla bağlı problem həll edilib.
  • Google Maps bloku yaratdıqdan sonra əməliyyatla əlaqəli bildirişin çıxmaması problemi həll edilib.
  • “Blokların yerləşdirilməsi” sahəsində blokları sürütlədikdə yaranan vizual xəta aradan qaldırılıb.
  • Google Maps blokunun redaktə oluna bilməməsi problemi aradan qaldırılıb.
  • Blok yaratdıqda “İmtina et” düyməsini basarkən yaranan xəta aradan qaldırılıb.
  • Bölmə kartlarında 20 21 16 17 və 19-cu dizaynlarda mətnin şəkli olmadıqda yaranan problem aradan qaldırılıb.
  • Menyu redaktə etdikdə yaranan xətalar aradan qaldırılıb.

 

  1. Owphoto :
  • Slayder yaradanda şəklin yadda saxlanmadan görsənməməsi problemi aradan qaldırılıb.
  • Slayder sahəsində daxili keçidlərlə bağlı aşkar olunmuş problem aradan qaldırılıb.
  • Geniş imkanlı mətn sahəsi tam ekran olduqda şəkil əlavə olunma pəncərəsinin görsənməməsi problemi aradan qaldırılıb.
  • Slayder şəklinin bəzən saytda fərqli görsənməsi problemi aradan qaldırılıb.
  • Saytın ikonunun yüklənilməsi zamanı yaranan vizual xəta aradan qaldırılıb.
  • Geniş imkanlı mətn sahəsinə yüklənilən şəklin piksel ölçüsünün yaratdığı problem aradan qaldırılıb.
  • Şəkillərdə bəzən yaranan ölçü problemi həll edilib.
  • “Slaydşou” sahəsində slayder yaratdıqda yaranan xətalar aradan qaldırılıb.
  • “Ev” məzmununda slaydşouların hündürlüyü ilə bağlı problem həll edilib.
  • Slaydşou yaratdıqda tətbiqin düymələrinin görüntüsü ilə bağlı problem aradan qaldırılıb.

 

  1. Owpages :
  • Səhifə yaratdıqda və ya redaktə etdikdə geniş imkanlı mətn sahəsinin hündürlüyündə baş verən vizual xəta həll edilib.
  • Məlumat səhifəsindəki kiçik izahda orfoqrafik səhvlər düzəldilib.

 

  1. Owtext :
  • Mətnlərin səhifəsində yerləşdirilmiş olan şəkillərin ölçü xətaları aradan qaldırılıb.

 

  1. Sistem :
  • Sayt deaktiv olduqda heç bir bildiriş mesajının çıxmaması problemi aradan qaldırılıb.
  • Sayt ödənişi yerinə yetirildikdən sonra saytın hələ də deaktiv rejimdə olması barədə bildirişin çıxmaması problemi aradan qaldırılıb.
  • Sayta baxılması üçün hər hansı tarifə keçidin mütləq olması barədə heç bir bildirişin çıxmaması problemi həll edilib.
  • Tətbiqlərdə mətn sahələri tam ekran ölçüsündə açıldıqda yaranan vizual xətalar aradan qaldırılıb.
  • Tətbiqlərdə mətn sahələrinə şəkil yerləşdirdikdə onların ölçülərində yaranan xətalar aradan qaldırılıb.
  • Saytda telefon ölçüsündən baxdıqda menyu ilə əlaqəli problemlər aradan qaldırılıb.
  • Mətn sahələrinə qələm simvolu əlavə etdikdə yaranan xəta aradan qaldırılıb.

 

  1. Panel :
  • “Profil” pəncərəsində ad və soyad dəyişdirilən zaman “yerinə yetirildi” bildirişinin rusca çıxması xətası aradan qaldırılıb.