Bugfix 1.3.56

1.3.56 versiyasının posteri 

 

Tətbiqlərdə və ümumi sistemdə aşkar olunmuş bugların düzəlişi, optimallaşdırılma.

Növbəti 1.3.56-cı yenilənməni təqdim edirik. Bu versiyada sistemin optimizasiyası və sürətlənməsi ön plana çəkilmişdir.

Edilən dəyişikliklər və aradan qaldırılan kiçik xətaların siyahısı :


1. Owpages :
Owpages üçün yeni köməkçi əlavə olunub.
Köməkçilərin yerləri dəyişdirilərək Owpages üzərində işlər daha ön plana çəkilmişdir.


2. Owtext:
Geniş imkanlı mətn sahəsini tam ekran etdikdə yaranan cüzi vizual xətalar aradan qaldırılmışdır.


3. Panel :
"Balansı artır" adlı kiçik modal pəncərənin başlığı "Balansın artırılması" olaraq qeyd olunub.
“Tənzimləmələr” pəncərəsi cüzi dəyişikliklər edilərək daha da intuitivləşib.
“Tənzimləmələr” pəncərəsinin başlığında aşkarlanan xəta aradan qaldırılıb.
“Tarif” pəncərəsində aktiv tarif yaşıl çərçivə ilə əhatə olunmuşdur.
“Tənzimləmələr”dən loqonun yüklənilməsi yığışdırıldı.
Köməkçilər görsəndikdə fonun qaralmaması xətası aradan qaldırılıb.
“Balans” pəncərəsində kiçik dizayn nöqsanları aradan qaldırılıb.
Köməkçilərin eyni anda bir neçəsinin görsənməsi problemi aradan qalxıb.
Yer həcmini göstərən zolağın hər zaman düzgün işləməsi təmin edilib.
“Loqotip” sözü loqo ilə əvəzlənib.


4. Məzmunlar :
“Powered by” loqosu yenilənib.
“Orange rims” məzmununda da brandblock işə salınıb.
“Ev” məzmununda səhifədə məlumat az olduqda saytın hündürlüyü ilə əlaqədar yaranan problem aradan qaldırılıb.
“Ev” məzmununda aşkarlanmış cüzi texniki xətalar aradan qaldırılıb.


5. Sistem
Sistem yeniləndikdə baş verən cüzi vizual xətalar aradan qaldırılmışdır.
Sayt yaradılanda yüklənmə mərhələsi zamanı görsənən loqo yenisi ilə əvəzlənib.