Owbike 1.4.0 versiyasını təqdim edir

1.4.0 versiyalı yeniənmənin posteri 

Yollar, Kömək düyməsi və digər yeniliklər.

Bu yaz ərzində artıq üçüncü yenilənməni təqdim edirik. 1.4.0 versiyalı yenilənmədə sistemdə bir sıra yeni imkanlar əlavə olunmuş və xırda xətalar bərpa edilmişdir, nəticədə, sistem peşəkarlaşdırılmış və istifadəçilərin istifadəsi üçün daha da asanlaşdırılmışdır. Tətbiqlərə və funksional pəncərələrə əlavə edilmiş “Kömək” düyməsi istifadə elədiyi alət barədə ətraflı təlimat almaq üçün yardımçı olacaqdır. Saytların özlərində isə əlavə olunmuş Yollar elementi  istifadəçinin saytında izləyicinin hal-hazırda hansı səhifədə olduğunu və bu səhifəyə necə gəldiyini göstərərək sayt ilə əlaqəni asanlaşdıracaq.




 

Yollar

Xarici resurslarda Breadcrumps adlanan bu kiçik naviqasiya sizə saytınızda hansı səhifəyə hansı yolla gəldiyinizdən xəbər verir. Yollar avtomatik olaraq formalaşır. Siz hər-hansı səhifə yaratdıqda və həmin səhifəyə saytda baxarkən Yollar hissəsində avtomatik olaraq səhifə üçün təyin etdiyiniz ad görsənir. Owtext tətbiqi ilə yaradılmış bölmə və mətnlərin səhifələrində də Yollar eyni ilə avtomatik qaydada formalaşır. Odur ki siz bu yeni imkanın saytda əks olunması üçün heç bir əlavə əməliyyatlar aparmalı deyilsiniz. Bu yenilənmədən başlayaraq, artıq Owbike sistemində yaradılan hər saytda bu naviqasiya yolu aktiv olacaqdır.

Saytda hansı səhifədə yerləşdiyini göstərən yollar funksiyası 

 

 

Kömək düyməsi.

Artıq bir neçə tətbiqə və funksional pəncərələrə “Kömək” düyməsi əlavə olunub. Düyməyə basmaqla istifadəçi həmin pəncərə/tətbiq haqqında ətraflı izah yazılmış təlimat səhifəsinə yönləndiriləcək. Bu təlimatlar istifadəçilərin sistemdən necə istifadə edə biləcəyini, sistemdə mövcud olan hər bir materialın/alətin necə işlədiyini sadə şəkildə izah edən “help.owbike.com” vebsaytında yerləşdirilmişdir. Bu təlimatları oxumaqla istifadəçi bütün suallarına cavab tapacaqdır.

Owblocks tətbiqində Kömək düyməsi 

 

 

 

 

Digər dəyişikliklər.

 

  • Artıq saytın hər-hansı tərkib hissəsinin saytda necə görünəcəyini bilmək üçün saytda keçid etmək lazım deyil. Bunun üçün geniş imkanlı mətn sahələrində “ilkin baxış” funksiyası aktivləşdirilib. Düyməyə basmaqla hazırda üzərində işlədiyiniz materialın saytda necə görünəcəyinə baxa bilərsiniz.

Geniş imkanlı mətn sahələrində ilkin baxış imkanı 

  • Slaydşou yaradılması “Owphoto” tətbiqindən çıxarılmış və bütövlükdə “Owblocks”  tətbiqinə əlavə olunmuşdur. Artıq slaydşou yaradıldıqdan dərhal sonra birbaşa bloklar siyahısına düşür; əvvəlki versiyalarda olduğu kimi slaydşounu Owphoto tətbiqində yaradıb sonra onu “Owblocks” tətbiqi ilə əlaqələndirərək bir neçə əməliyyat etməyə ehtiyac yoxdur.

 Slaydşou yaradılışının Owblocks tətbiqinə köçürülməsi 

  • Slaydşoulara sayta kiçik ekran ölçülü mobil cihazlardan baxarkən slaydların minimal hündürlüyünə qoyulmuş 250px limiti aradan qaldırılıb.

 

  • “Sayt” menyusunun “Tənzimləmələr” bəndində saytın aktivliyi ilə bağlı seçimlərdə dəyişiklik var. Yenilənməyə qədər “Yenidənqurmada” və “Aktiv” seçimləri, bu yenilənmədə “Deaktiv” və “Aktiv” olaraq dəyişdirilmişdir. Bu dəyişikliyin səbəbi “yenidənqurmada” sözünün istifadəçilərdə çaşqınlıq yaratması idi.

Saytın tənzimləmlərində Aktiv - Deaktiv seçimi 

  • Artıq geniş imkanlı mətn sahələrinə şəkil yerləşdirmək üçün “Yüklə” və “Seç” əməliyyatlarından savayı şəkil faylını sadəcə kompyüterinizin istənilən pəncərəsindən sürüşdürərək yerləşdirmək funksiyası da əlavə olunub. (drag&drop) Şəkli pəncərəyə sürüşdürdükdə vizual effekt yaranır. Əvvəlki versiyalarda geniş mətn sahələrinə şəkil yükləmək üçün beş addım tələb olunurdusa, artıq bunu bir addımla etmək mümkündür. Qeyd edək ki şəkillər əvvəl kimi kimi bu yol ilə yüklənildikdə də onlar avtomatik olaraq Owphoto tətbiqində qeydə alınırlar.

Şəklin Kompüterdən sürüşdürərək mətn sahəsinə yerləşdirilməsi