1.5.0 versiyasını təqdim edirik

1.5.0 yenilənməsinin posteri 

Dəstək və Təlimat paneli, Redizayn, Bölmə kartlarında və Köməkçilərdə dəyişikliklər.

1.5.0-cı versiya özündə bir sıra önəmli yenilikləri birləşdirir. İstifadəçilərin sistemi daha rahat anlamaları və bütün suallara daha rahat cavab tapa bilmələri üçün yeni Dəstək və Təlimat paneli yaradılıb. Admin paneldə istifadəçilərə sistemi izah edən kiçik köməkçilərin dizayn və mətnlərində dəyişiklik edilib. Bölmə kartlarının dizayn seçimi də artıq şəkillərlədir. Əlavə olaraq, tətbiqlərin ikonları və rəngləri müasir trendlərə uyğunlaşdırılıb.





Dəstək və Təlimat Paneli

Artıq istifadəçilər platformadan istifadə zamanı ümumi sistemlə, hər hansı tətbiqin funksiyası və ya komponenti ilə bağlı yaranan suallarını admin panelin daxilindən kənara çıxmadan birbaşa Owbike təmsilçilərindən soruşa biləcəklər. Bunun üçün “Kömək” menyusunun “Bizdən soruş” bəndinə klikləmək lazımdır. Bu zaman interfeys sola doğru sürüşəcək və sağ hissədə panel çıxacaq. Bu panel iki hissədən ibarətdir. Üst hissədə sistemi istifadəçilərə izah edən təlimat (help.owbike.com saytından təlimatla tanış ola bilərsiniz), aşağı hissədə isə canlı çat yerləşir. İstifadəçi bu paneldən həm yalnız təlimat oxumaq, həm yalnız canlı çatdan istifadə etmək, həm də hər ikisinə eyni anda baxmaq üçün istifadə edə bilər. Canlı çatdan istifadə etdikdə istifadəçinin sualı bizim tərəfimizdən dərhal cavablandırılacaqdır. Bu panel istifadəçilərin işini kifayət qədər rahatlaşdıracaq.

Admin panelin funksiona menyusunda Bizdən soruş bəndi   

Admin paneldə Bizdən soruş hissəsi 

Admin paneldə bizdən soruş hissəsində Təlimatların böyüdülməsi 

Admin paneldə bizdən soruş hissəsində Müraciyyət hissəsinin böyüdüməsi 

 

            





Redizayn

Bu versiyada rəfdə yerləşən tətbiqlər redizayn olunub. Tətbiqlərin ölçüləri, ikonları və rəngləri hazırda dəbdə olan trendlərə uyğun şəkildə dəyişdirilib. İkonların yerləşdiyi dairələrin kənarlarına ağ rəngli çərçivə əlavə olunub. Hər tətbiqin özünəməxsus rəngi var, ikon rəngləri isə ağdır. Tətbiqlərə bəzi vizual effektlər də əlavə edilib. Bunlardan əlavə, admin panelin yuxarı zolağında, funksional menyunun, istifadəçinin adı və soyadının yerləşdiyi hissəsində şrift rəngi tündləşdirilib.



Əvvəl

Tətbiqərin köhnə ikonları  

İndi

Tətbiqlərin yeni ikonları 

Əvvəl

Admin paneldə yuxarı zolağın köhnə dizaynı 

İndi

Admin paneldə yuxarı zolağın yeni dizaynı 




Bölmə kartlarında dizayn seçimi

Bu versiyaya qədər bölmə kartlarının yaradılması zamanı dizayn seçimi istifadəçilərə rəqəmlər vasitəsilə təqdim olunurdu. Hər rəqəm bir dizayn növünü simvolizə edirdi. Dizaynın saytda necə görünəcəyini göstərən hər hansı alət və ya funksiya olmadığından istifadəçilər hansı rəqəmin hansı dizaynı yaratdığını bilmirdilər. 1.5.0 versiyasında isə bu problem tamamilə həll olundu; artıq bölmə kartı yaradarkən dizayn seçimi şəkillərlə təqdim olunur. Həmin şəkillər istifadəçilərdə seçdikləri dizaynın saytda necə görsənəyi barədə təsəvvür yaradır. Rəqəmlər isə ümumiyyətlə yığışdırılıb.

 

Əvvəl

Owblocks tətbiqində köhnə dizayn seçimi 

İndi

Owblocks tətbiqində bölmə kartları yaradılışında yeni dizayn seçimi 




Köməkçilər

Köməkçilər admin panelə daxil olan kimi aktivləşir və istifadəçiyə panelin hissələrini izah etməyə başlayır. Gözləri və istifadəçiləri yormamaları üçün bu versiyada köməkçilərin daxilindəki mətnlərə 100 simvol limiti qoyulub. Həmçinin şriftlər kursivlə yazılıb və hərflər arası boşluq artırılıb. Bunlardan əlavə, köməkçinin izah etdiyi sahə və ya hissə artıq daha gözə çarpıcıdır. Bəzi köməkçilərin Yəni, köməkçilər artıq daha qısa, daha aydın və daha başa düşülən tərzdədirlər.

 

Əvvəl

Admin paneldə Köməkçilər köhnə dizaynda  

İndi

Admin paneldə Köməkçilər yeni dizaynda 



Digər dəyişikliklər :

  • Owtext tətbiqində mətnlər və bölmələr siyahılarında yazılan müvafiq mətn və bölmə adlarındakı şriftlərin qalınlığı yığışdırılıb.
  • Sistemdə şəkil yüklənilməsi üçün olan meqabayt limiti 2 mb-dan 3 mb-a artırılıb.
  • Owtext tətbiqində mətn cədvəllərinin sahəsi artırılıb və boşluqlar yığışdırılıb.
  • Artıq genişimkanlı mətn sahələrinə Google Docs tətbiqindən şəkilli mətnlər kopyalayıb yapışdıran zaman şəkillər sistem tərəfindən avtomatik yüklənəcək.
  • Owtext menyusunda düymələrin yerinin bəzən qarışması xətası aradan qaldırılıb.
  • Kömək menyusunun İnstruksiyalar bəndinin adı əvəzlənərək Təlimatlar adlandırılıb.