“Xoş gəlmisiniz” pəncərəsi, Hazır Kontentlər, “Detallı Baxış”, “Owl” tətbiqi, “Amstrong” tarifi və digər yeniliklər
Növbəti yenilənməni istifadəyə veririk! 1.6.0-cı versiya həm admin panelin özünə, həm istifadəçinin admin panelə keçid etdiyi mərhələyə əsaslı yeniliklər və dəyişikliklər gətirib. Sistemə yeni tarif əlavə olunub. Sayt yaratmaq üçün qeydiyyatdan keçdikdən sonra istifadəçini qarşılayan və ona sistemi izah edən pəncərə yaradılıb. Bu pəncərədən sonra “Detallı Baxış” funksiyası istifadəçiyə xüsusilə kömək edəcək. Bundan əlavə, istifadəçi saytını mövcud hazır kontent növlərindən istifadə edərək şablon üzərindən qura biləcək, ki bununla istifadəçi istər vaxt, istər sərf ediyi resurs baxımından qənaət edə biləcək.
“Xoş gəlmisiniz” pəncərəsi
İstifadəçi owbike.com saytında qeydiyyatdan keçib sayt yaratdıqdan sonra onu qısa yüklənmə mərhələsi qarşılayırdı. Yüklənmə mərhələsindən sonra isə istifadəçi dərhal admin panelə giriş əldə edirdi. İstifadəçi admin panel haqqında məlumatı yalnız köməkçilərdən əldə edirdi. Artıq istifadəçilərin sistemlə ümumi tanışlığı “Xoş Gəlmisiniz” pəncərəsilə başlayacaq. İstifadəçi “irəli” düyməsinə basmaqla bütün məlumatları oxuyub sistemlə ümumi tanış olacaq. Bu prosesdən sonra istifadəçi kontent seçimi (daha ətraflı aşağıda) və məzmun seçimi edəcək. Hər iki mərhələ bitdikdən sonra istifadəçi admin panelə daxil olacaq.
Hazır kontentlər
Bu yenilənmədən etibarən istifadəçilər saytlarını artıq müəyyən kontentlər üzərindən də yarada biləcəklər. Owbike olaraq hər zaman sistemin daim dəyişilə bilən olmasını və funksionallığın maksimumluğunu təmin etməyə çalışmışıq. Əvvəlki versiyalarda istifadəçiyə məzmun seçimi verilirdi. Saytın dizayn elemntlərinə görə cavabdeh olan Məzmun komponentindən əlavə istifadəçi artıq hazır kontent də seçə biləcək. Bu hazırladığımız kontentlərdən birini seçməklə istifadəçilər saytlarına məyyən hazır struktur tətbiq edə biləcəklər. Yəni, kontent növünü seçməklə artıq sayt müəyyən struktura malik olacaq. Həmin struktur üzərində dəyişikliklər etməklə istifadəçi saytını istədiyi formaya salacaq. Bununla istifadəçi saytı 0-dan yaratmama imkanı qazanacaq və vaxtına qənaət edəcək. Bu kontentlərdən xüsusilə kiçik bizneslər faydalanacaqlar. Hazırda 3 kontent növü əlçatandır : kafe, turizm və kurs. Növbəti yenilənmələrdə bu sayın ciddi şəkildə artmasını planlayırıq.
Detallı Baxış
Admin paneldə onu qarşılayan ilk funksiya “Detallı Baxış”dır. Seçilən kontent və məzmun tətbiq ounduqdan sonra saytı real zamanda yığcam formada göstərən “Detallı Baxış”da saytın hər hissəsinə görə hansı tətbiqin və ya hansı funksiyanın cavabdeh olduğu bilinəcək. Məsələn, kursoru saytdakı bölmə kartının üzərinə gətirsək, bölmə kartının yuxarı hissəsində “Owblocks - Bölmə kartı” yazısı çıxacaq və istifadəçi həmin blokun haradan idarə olunacağını biləcək. Sistemin istifadəçilərə maksimum anlaşıqlı və asan olması üçün komandamız çox çalışır :)
“Owl” tətbiqi
Müştərilərimizdən tez-tez məhz sayt domeni üzrə elektron ünvan açılması istəyini alırdıq. 1.6.0-cı versiyadan etibarən istifadəçilərimizə bu imkanı verəcəyik :) Artıq biznesiniz üçün korporativ email-ləri admin panelin daxilindən kənara çıxmadan yarada biləcəksiniz. Bu funksiyanı “Owl” tətbiqi yerinə yetirəcək. Tətbiqə daxil olduğunuzda email adını, domeni və şifrəni yazmağınız üçün müvafiq sətirlər yerləşdirilib. Lazımi məlumatları daxil edib “Yarat” düyməsini kliklədikdən sonra email-nizi yaratmış olacaqsınız. “Owl” tətbiqinin unikallığ istifadəçini Owbike daxilində limitləməməsidir; belə ki, yaratdığınız email hesablarını mövcud olan digər email hesablarınıza birləşdirə biləcəksiniz. Bu email hesabları mobil telefonunuzdakı email proqramlarına belə qoşula biləcək. Tətbiq daxilində yaradılmış email-in Gmail hesabına necə qoşulduğunu ətraflı izah edən təlimat yerləşdirilmişdir. Həmin təlimatı diqqətlə izləməklə istifadəçilər rahatlıqla korporativ elektron ünvanlarından istifadə edə biləcəklər :) Qeyd edək ki, bir domen üzrə yalnız bir email yaratmaq mümkündür. “Owl” tətbiqi yalnız yeni əlavə olunmuş “Armstrong” tarifində istifadəyə açıq olacaq.
“Armstrong” tarifi
- “Owl” tətbiqindən istifadə edərək email yaratmaq imkanı
- 30 gün pulsuz test etmək imkanı
- 6 GB yer həcmi
- Məzmun seçmək imkanı
- Aylıq 60 AZN ödəniş
Bütün bunlar yeni istifadəyə verdiyimiz “Armstrong” tarifinin göstəriciləridir. Digər tariflərlə müqayisədə nisbətən imkanları və funksionallığı daha az olan “Silver” tarifi artıq yeni istifadəyə qapalı olacaq. Lakin “Silver” tarifinə daha öncə qoşulmuş olan saytlar bu tarif üzrə işləməyə davam edə biləcək. “Armstrong” tarifinin əsas özəlliyi test müddətinin 1 ay olmasıdır. 1 ay ərzində istifadəçi sistemin işləmə qaydası və saytın özü ilə dərindən tanış olma imkanı əldə edəcək. Bu müddət ərzində istifadəçi heç bir ödəniş etmədən həm saytını tərtib edə bilər, həm saytına domen qoşa bilər və hətta bu domen üzrə korporativ email da yaradıb tarifin təqdim etdiyi imkanlardan tam istifadə edə bilər. Hər şey istifadəçilərimizin rahatlığı üçün!
Əlavə olaraq :
- Keçən update-də əlavə etdiyimiz təlimat panelində linklərin yönləndirməsi ilə əlaqəli olan xırda xəta aradan qaldırılıb.
- “Owphoto” tətbiqinin əsas səhifəsi silinib. Əsas səhifədə tətbiqin funksiyası və imkanları barədə məlumat qeyd olunurdu. Artıq istifadəçi həmin məlumatları “Xoş gəlmisiniz” pəncərəsində oxuyacaq və “Detallı Baxış” köməyilə əyani şəkildə görəcək. Bu səbəbdən, əsas səhifəyə artıq ehtiyac yoxdur. Növbəti yenilənmələrdə digər tətbiqlərin də əsas səhifəsi silinəcək.
- Artıq istənilən səhifəyə/mətn sahəsinə şəkil əlavə etmək üçün müvafiq pəncərə açıldıqda lazım olan şəklin üzərinə 2 dəfə klikləmək kifayətdir. Bununla şəkil seçilib yüklənəcək; artıq ayrı-ayrılıqda “seç” və “yüklə” düymələrinə basmağa ehtiyac yoxdur.
- Saytın müvəqqəti ünvanı üçün simvol limiti 30 ədədə qaldırılıb.
- Məzmun seçdikdə genişimkanlı mətnləri hər məzmuna müvafiq fərqli şriftlərlə yazmaq mümkündür. Bu versiyada həmin imkanı slaydşouların üzərindəki mətnlərə də şamil etmişik. Artıq slaydşouların üzərindəki mətnlər üçün şrift növü və sayı istifadəçinin seçdiyi məzmundan asılı olaraq dəyişəcək.
- Tətbiqetmələrin yerləşdiyi rəfin açılan pəncərələrlə işləməyə mane olmaması üçün onu admin panelin sol hissəsinə, şaquli formada yerləşdirdik.
- “Owpages” tətbiqinin əsas səhifəsinin sol hissəsində yerləşən mövcud səhifələrin üst hissəsinə izahedici başlıq olaraq “Mövcud səhifələr” ifadəsi əlavə olunub
- “Owpages” tətbiqində yeni səhifə yaradan zaman səhifənin adı hissəsində “nümunə” yerləşdirilib.
- “Owblocks” tətbiqinin “Blokları yerləşdir” sahəsində izahedici “Səhifələr”, “Saytın struktur lövhəsi” və “Yerləşdirilməmiş bloklar” başlıqları əlavə olunub.
- “Tənzimləmələr” pəncərəsində saytın adı üçün olan simvol limiti 100 ədədə qaldırılıb.
- “Owblocks” tətbiqinin “Redaktə et” sahəsinin adı “Mövcud bloklar” adına dəyişdirildi.
- “Owblocks” tətbiqinin “Redaktə et” sahəsində blokların növünü göstərən “Tip” sütunun adı dəyişdirilərək “Növ” adlandırılıb.
- “Owpages” tətbiqində yeni səhifə yaradılışı pəncərəsindəki “Tip” menyusunun adı “Səhifənin təyinatı” olaraq dəyişdirilib.
- Adında “_” simvolu olan şəkillərin yüklənməsində yaranan problem aradan qaldırılıb.
- Emojilərin qoyulması zamanı yaranan problem aradan qaldırılıb.
- Bu yenilənməyə qədər sistem yüklənilən şəkillərin müxtəlif ölçüdə nüsxələrini yaratdıqda ən kiçik şəklin enini və hündürlüyünü 250px ölçüsünə sığışdırırdı. Bu yenilənmədən etibarən yalnız en 250 px olaraq tənzimlənəcək. Hündürlük avtomatik təyin olunacaq.
- Slaydşounun üzərindəki yazının baxılan cihazın ölçüsü 1600-dən böyük olanda aşağıya sürüşməsi problemi aradan qaldırılıb.
- “Owtext” tətbiqilə yaradılmış mətnlərə bərkidilmiş şəkli silmək üçün olan “x” düyməsinin bəzən görünməməsi problemi aradan qaldırılıb.
- Mətn sahələrində arxa fon və mətnin rəngi üçün mövcud olan düymələrin adlarında görsənən xəta aradan qaldırılıb.
- “Owpages” tətbiqində səhifələrə saytda baxmaq üçün “bax” düyməsi əlavə olunub.
- Admin panelin brauzer pəncərəsində görsənən ikonu dəyişdirilib.
- Funksional menyunun “Sayt” bəndinə yuxarıda haqqında yazdığımız “Hazır Kontent” alt bəndi əlavə edilib.
- Geniş imkanlı mətn sahələrində şəkil yerləşdirərkən şəklin üstünə basdıqda çıxan seçimlərlə şəkli mətnin sağına və ya soluna yerləşdirə bilərsiniz.
- Geniş imkanlı mətn sahələrində yerləşdirilmiş şəklin üzərinə basdıqda artıq o avtomatik seçilmiş sayılır. Seçilmiş şəkli sağa, sola, mərkəzə doğru yerləşdirə və silə bilərsiniz.
- Şəkillə yazılmış mətni birlikdə seçdidə hər ikisinin eyni anda hərəkət etdirilməsində olan xəta aradan qaldırılıb.
- Bölmələrin “Keçid” sahəsini istifadəçilərə daha anlaşıqlı etmək üçün həmin sahəyə saytın domenini əlavə etmişik. Artıq həmin sahədə bölmənin saytda açıldığı link yerləşəcək.