Azercell ilə partnyor olduq

 

 Owbike platformunun Azercell şirkəti ilə iş birliyinə başlaması xəbərinin posteri  

Artıq heç kəsə sirr deyil ki, Owbike platforması olaraq başlıca məqsədimiz yerli internet bazasının genişləndirilməsidir, internetdə Azərbaycan dilli kontentin artımıdır, yerli sahibkarların internet mühitinə dünya standartlarına uyğun və yetərli dərəcədə təşviq olmasıdır, “öz dilimizdə” sözünün əlçatan olmasıdır, hər kəsin istənilən xidməti, məhsulu və məlumatı asanlıqla tapa bilməsidir. Məqsədlərimizin ölkənin mobil rabitə sektorunun lideri olan Azercell Telekom MMC şirkətinin missiyaları ilə yaxın olması və bu səmtdə bir iş birliyinə başlayaraq Azercell şirkətinin yeni “Biznes Veb” xidməti üzrə rəsmi partnyoru olmaqdan qürur duyuruq. 



Partnyorluğun əsas məqamları:

Asan.

Azərcell ilə iş birliyi çərçivəsində biz platforma olmaqdan əlavə həm də xidmət də göstərəcəyik. Azercellin Korporativ müştərilər üçün veb saytlar bizim mütəxəssislərimiz tərəfindən Owbike platformunda yaradılıb təqdim olunacaq. Müştərilərə saytlarının idarəedilməsi də üz-üzbəüz görüş zamanı öyrədiləcək.



Modern.

Əgər yerli saytlara nəzər yetirsək əksərinin mobil cihazlarda normal işləmədiyini, sürət problemi yaşadıqlarını, idarəetmə və sair texniki qüsurlarının olmasını görürük. Şirkətlərin Owbike platformasında əldə etdikləri veb saytlar bütün müasir veb standartlara uyğundurlar, mobil cihazlar üçün adaptivdirlər və daima yenilənən platformanın geniş imkanları sayəsində müasir qalırlar. 



Əlçatan.

Ölkə daxilində veb sayt sifarişinin adətən hansı rəqəmlər ətrafında dövr etdiyi sahibkarlara məlumdur. Onları dövrümüzdə ən lazımlı marketinq alətlərindən biri olan veb saytın əldə edilməsindən qaçıran başlıca səbəb elə qiymətlərdədir. Əməkdaşlığımız çərçivəsində Azercell-in korporativ müştərilərinin istəyinə uyğun professional veb saytların yaradılması əlverişli və münasib qiymətlərlə olacaqdır. 

 

Biznes Veb xidməti barədə ətraflı məlumat üçün: https://www.azercell.com/az/corporate/busInessweb/