Bugfix 1.6.76

1.6.76 Bugfixının posteri    

Slaydşou yaradılışında dəyişikliklər, sayğac bloku və aşkar olunmuş xətaların bərpası

1.6.76 versiyası əsasən aşkar olunmuş xətaların bərpasını əhatə etsə də, bu versiyada Owblocks tətbiqi daxilində Slaydşou yaradılışında ciddi dəyişikliklər edilib və bir yeni blok növü əlavə edilib.

Owblocks

  • Menyu yaradılışı və redaktəsi zamanı bəndlərin sayı çox olduqda tətbiqdə yaranan vizual xətalar aradan qaldırılıb.
  • Menyu yaradılışı zamanı bənd üçün təyin olunan keçid seçimlərinə Owforms materialları əlavə olunub.
  • “Blok yarat” səhifəsində seçimlər artıq iki sütuna bölünəcək.
  • Blok yaradıldıqda çıxan müvəffəqiyyət mesajına, intuitiv istifadəni daha da yaxşılaşdırmaq üçün “Blokların yerləşdirilməsi” səhifəsinə keçid əlavə edilib.
  • “Blokların yerləşdirilməsi” səhifəsində, yerləşdirilməmiş bloklar siyahısında, ən alta “Blok yarat” düyməsi əlavə edilib. 
  • “Blokların yerləşdirilməsi” səhifəsində, yerləşdirilməmiş bloklar siyahısında aşkar olunmuş vizual xətalar aradan qaldırılıb.
  • “Blokların yerləşdirilməsi” səhifəsində, səhifələr siyahısına aydınladıcı və sabit səhifələri, səhifə qruplarından ayıran ikonlar əlavə edilib.
  • “Blokların yerləşdirilməsi” səhifəsində bəzən blokların heç bir sahəyə tam yerləşdirilmədən sadəcə lövhənin üzərində qala bilməsi xətası aradan qaldırılıb.
  • “Blokların yerləşdirilməsi” səhifəsində bəzən bloku çıxardıqdan sonra başqa bir sahəyə yerləşdirmək üçün aralıq dəyişikliyi yadda saxlamaq ehtiyacı aradan qaldırılıb.
  • “Mövcud Bloklar” səhifəsində blok silərkən çıxan təsdiqetmə pəncərəsində aşkar olunmuş orfoqrafik xətalar aradan qaldırılıb.
  • “Mövcud Bloklar” səhifəsində, cədvəldə tez-tez yaranan vizual xətalar aradan qaldırılıb.
  • Google xəritə yaradılışı ilə əlaqədar xətalar aradan qaldırılıb.










Sayğac bloku

Owblocks tətbiqində artıq sayğac növlü blok da yaratmaq olar. Bu blok saytda hər-hansı rəqəm hesabatlarının əks edilməsini asanlaşdırmaq üçün nəzərdə tutulub. Bu blok vasitəsi ilə siz saytınızda, məsələn müştərilərinizin sayını əks etdirə bilərsiniz. Blok yaradarkən rəqəm, rəqəmdən üstdə əks olunacaq yazı və rəqəmin aşağısında əks olunacaq yazını qeyd etmək olar.

Solda sayğacın saytda görüntüsü, sağda sayğac blokunun saytın admin panelində Owblocks tətbiqində yaradılışı 

 

Slaydşou

Bu yenilənmədə Owblocks tətbiqində Slaydşou yaradılışında ciddi dəyişikliklər edilib. Tətbiqin bu proseslərə cavabdeh olan kod tərkib hissəsinin silinərək tam yenidən yazılması nəticəsində Slaydşou yaradılışı tam fərqli və daha rahat görünür.  Slaydların üzərində mətnlərin yazılması artıq “sadə mətn sahəsi” və “geniş imkanlı mətn sahəsi” vasitəsi ilə deyil, məhz bu imkan üçün özəl yaradılmış yeni funksional vasitəsi ilə gerşəkləşir. Həmçinin, artıq slaydşouda fonsuz slaydlar da yaratmaq olar. Bundan əlavə slaydşou redaktəsi zamanı blokun başlığında yaranan xətalar da aradan qaldırılıb.

Owblocks tətbiqində sayt üçün slaydşounun yaradılışı 

 

Owpages

  • Səhifələrin adları artıq materiallar siyahısında qısaldılaraq əks olunacaq.



Owforms

  • “İmtina et” düyməsi ilə əlaqədar xətalar aradan qaldırılıb.
  • Formanı redaktə etdikdə müvəffəqiyyət mesajının səhv çıxması xətası aradan qaldırılıb.
  • Forma yaradarkən sahələrdə bildiriş mesajlarının ingilis dilində çıxması problemi aradan qaldırılıb.

 

Owtext

 

  • Bölmələrə sadə və ya xüsusi bölmə seçimi əlavə edilib.
  • “İmtina et” düyməsinin səhv işləməsi xətası aradan qaldırılıb.
  • Mətn redaktəsindən sonra çıxan müvəffəqiyyət ismarıcındakı problem aradan qaldırılıb.



Owl

  • Yüklənilmə prosesləri üçün intuitiv animasiyalar əlavə edilib.



inSocial

  • Siyahıda bəzən materialların nüsxələnməsi xətası aradan qaldırılıb



Panel

  • Paneli Yenidən yüklətdikdə tarix hissəsində yaranan xəta aradan qaldırılıb.
  • “Detallı baxış” rejimində Owtext materiallarının bölmə və ya mətn olmasının əks olunması əlavə edilib.
  • “Detallı baxış” rejimində Bölmə kartlarında blokun müvafiq növünün əks olunması əlavə olunub.





Məzmunlar

  • Bəzi səhifələrdə F11 basdıqda saytların aşağı hissəsinin genişlənməsi xətası aradan qaldırılıb.
  • Bölmə kartlarında uzun linklər istifadə etdikdə yaranan vizual xətalar aradan qaldırılıb.
  • Ev məzmununda daxili az olan səhifələrdə yaranan xətalar aradan qaldırılıb. 
  • Bölmələrdə mətnlər siyahısında şəkilsiz materiallarda yaranan vizual xətalar aradan qaldırılıb.





Digər

  • Platformadan Outlook hesabına məktublar göndərildikdə onlarda sosial media ikonlarının ölçülərində yaranan problem aradan qaldırılıb.
  • Sayt artıq yaradıldıqdan sonra yüklənilmə mərhələsinə təkrarən keçdikdə saytın artıq yaradılmış olması barədə bildirişin çıxması əlavə edilmişdir.
  • Əsas saytda qeydiyyatdan keçərkən şifrə sahəsində “password is bad” bildirişinin çıxması xətası aradan qaldırılıb.