Blog yaratmaq istəyənlər üçün 1.9.0 versiyası

Blog tipli veb sayt yaradılışı üçün yeni imkanlar təqdim edən 1.9.0 versiyasının posteri

Blog tətbiqi, Blogpro dizaynı, Blog üçün hazır kontent, Blog tarifi və digər yeniliklər.

1.9.0 versiyası xüsusiləə blog yaratmaq istəyənlər üçün hazırlanıb. Bu versiyada Owbike platformasına saytda blog yaratmaq istəyənlərə özəl Blog tətbiqi, Bloggerlərə öz məqalələrini uyğun və professinal şəkildə təqdim etmək üçün Blogpro dizaynı, blog tipli saytın yaradılışını sürətləndirmək üçün hazır Blog kontenti və bu imkanlardan mümkünü qədər çox insanın yararlana bilməsi üçün xüsusi yeni Blog tarifi əlavə olunub.

Blog tətbiqi

Saytda blog yaratmaq istəyənlər üçün özəl yaradılmış bu yeni tətbiq görünüşü ilə istifadəçilərin artıq öyrəşdikləri Owtext tətbiqini xatırladır. Burada istifadəçi Rubrikalar və onların daxilində məqalələ yarada bilər. Məqalələrin daxilini, qısa və tam izahını, məqalənin şəklini və tarixini istəyinizə uyğun tərtib edə bilərsiniz. Owtext tətbiqindən fərqli olaraq burada yaradılmış materialların səhifələrində sosial şəbəkələr üçün paylaşım düymələri əks olunur. Həmçinin Owblocks tətbiqinə Blog tətbiqi ilə inteqrasiya əsasında “Rubrika kartları” və “Blog kartı” əlavə olunub. Rubrika kartları işləmə mexanizmində Owtext tətbiqindəki Bölmə kartlarına bənzəyir. Blog kartı bloklarının isə əsas fərqi ondadır ki, burada siz bir yox, bir neçə Rubrikanı seçib, onlardan məqalələri istədiyiniz dizayna uyğun olaraq blog formatında saytınızın istənilən hissəsinə yerləşdirə bilərsiniz. Blog kartlarının digər bir özəlliyi isə ondadır ki burada siz məqalələri hətta oxunma sayına əsasən də sıralaya bilərsiniz.






Blogpro dizaynı

Blog tipli saytlar üçün özəl bir dizayn hazırladıq. Göy tonlarda, minimalist tərzdə görünən bu dizayn ilə saytınızın izləyiciləri dərhal məqalələrinizin kontentinə fokuslana biləcəklər. Dizaynın özəlliklərindən biri müasir bloglardaki kimi iki sütundan ibarət olmasıdır. Saytın səhifələrinin sol hissəsində ən vacib kontent yerləşərkən, sağ və kiçik enli sahəyə siz müxtəlif informativ bloklar əlavə edə bilərsiniz. Sağ hissə bu dizaynda Owblocks tətbiqində də aktivləşdirilib, belə ki sağ hissədə də hansı blokların və hansı ardıcıllıqla yerləşməsini siz özünüz təyin edə bilirsiniz. Dizayn təbii ki, bütün ekran ölçülərinə uyğundur və dəfələrlə test olunub. Blogpro-nun müasir amma eyni zamanda da minimalist olması sayəsində isə bu dizaynda yaratdığınız sayt maksimal dərəcədə sürətli açılacaq və oxucularınızın diqqətini məqalələrinizlə dərhal cəlb edə biləcəksiniz.







Blog üçün hazır kontent

Blog saytınızın yaradılışını sürətləndirməyiniz üçün sistemə yeni hazır kontent əlavə etdik.Slaydşou, nümunəvi məqalələr, nümunə xarakterli rubrikalar sizə saytınızı necə tərtib edəcəyizdə qərar verməyiniz üün yardımçı olacaq. Bir çox nümunəvi mətnlərin daxilində həmin mətnləri haradan və necə dəyişəbiləcəyiniz barədə qeydlər yazılıb. Blog materialından əlavə saytda sağ hissəyə də bir neçə nümunə xarakterli mətn yerləşdirilib.

Kiçik bir araşdırma nəticəsində gördük ki, bir çox blogerlər saytın sağ hissəsinə öz şəkillərini, çox qısa məlumatlarını və sosial şəbəkə səhifələrinə düymələri əks edirlər. Şəkil və qısa məlumat üçün biz Owtext tətbiqindən və Bölmə kartları blokundan yararlandıq, altına isə Sosial şəbəkələr blokunu yerləşdirdik. Daha aşağı hissələrə Blog kartlarını və yenədə Owtextdən bir bölmə kartı yerləşdirdik.

Saytın əsas səhifəsinin sol hissəsində isə Blog kartı yerləşir. Səhifənin ən aşağı hissəsinə təkrarən menyu əlavə olub və yanına yeni axtarış bloku yerləşdirilib.











Blog tarifi

Apardığımız sorğular və araşdırmalar nəticəsində qərar verdik ki Blog yaratmaq istəyənlər üçün özəl bir tarif də təqdim etsək platformamız onlar üçün daha da cəlbedici və münasib olar. Tarifə saytınızda müxtəlif səhifələr yaratmaq üçün Owpages tətbiqini, onların blok strukturunu istədiyiniz kimi təyin edə bilməyiniz üçün Owblocks tətbiqini, səhifələrə şəkillər yerləşdirməyiniz üçün Owphoto tətbiqini və yeni yaradılmış Blog tətbiqini əlavə etdik. Saytınızı qısa zamanda axtarış sistemərində yüksəldib, blogunuza Google kimi axtarış maşınlarından oxuyucu cəlb edə bilməyiniz üçün SEO tətbiqini və saytınızın hər bir səhifəsinin sosial şəbəkələrdə paylaşdıqda necə görünəcəyini təyin edə bilməyiniz üçün inSocial tətbiqini də bu tarif üçün açıq etdik. Bu tarifdə də heç bir səhifə sayı limiti yoxdur, yaratdığınız sayt istənilən növ cihazlarda adapativ görsənəcək, istədiyiniz dizaynı seçə bilərsiniz və blogunuza əldə etdiyiniz domeni də asanlıqla tətbiq edə bilərsiniz. Saytınıza yüklədiyiniz şəkillərin avtomatik yığcamlaşmasını və istənilən ekran ölçüsünə uyğun nüsxələnməsini nəzərə alaraq və bir çox blogları araşdırdıqdan sonra bu tarifə 500MB yer həcmi tətbiq etdik. Tarifin qiymətini isə onun mümkünü qədər əlçatan və istənilən blog yazanın ürəyincə olması üçün 5 AZN təyin etdik.






Axtarış

Blog tipli saytlar üçün axtarış imkanının vacib olduğunu nəzərə alaraq Owblocks tətbiqinə yeni “Axtarış bloku” əlavə etdik. Bloku saytınızın istənilən səhifəsində istənilən sahəsinə yerləşdirə bilərsiniz. Həmçinin, Blogpro dizaynında bu bloku səhifədə hər-hansı hissəyə yerləşdirdiyinizdə saytın əsas menyusuna avtomatik qaydada yeni düymə əlavə olunur. Saytınızın izləyicisi bu düyməyə basdıqda bu dizaynda ekranın üst hissəsindən axtarış forması çıxır.

Axtarışın nəticələrini əks edən səhifəyə də istəyinizə uyğun blok yerləşdirib ona məxsus struktur verə biləmiyiniz üçün Owpages tətbiqinə “Axtarış səhifəsi” əlavə etdik. Axtarışın özü isə saytınızın bütün səhifə və materiallarını əks edir və istifadəçi məlumatı hansı səhifədə tapmasından asılı olmayaraq nəticələr düzgün, bir-birinə bənzər görünüşdə əks olunur.





Digər

  • Bölmələrin avtomatik qaydada bir neçə səhifəyə bölünməsi funksionalı əlavə olundu

  • Harley tarifi yığışdırıldı

  • Ninja və Armstrong tariflərində qiymət dəyişikliyi edildi

  • Ninja tarifinə Owforms tətbiqi əlavə olundu

  • Geniş imkanlı mətn sahələrində mətnin öçüsü ilə əlaqəli yaranan xətalar aradan qaldırıldı

  • Geniş imkanlı mətn sahələrində mətnin rəngi ilə əlaqəli yaranan xətalar aradan qaldırıldı

  • Geniş imkanlı mətn sahələrində mətnin arxa fon rəngi ilə əlaqəli yaranan xətalar aradan qaldırıldı

  • Geniş imkanlı mətn sahələrində cədvəl ilə əlaqəli yaranan xətalar aradan qaldırıldı