Bugfix 1.9.56

1.9.56 versiyasının posteri

Aşkar olunmuş bir neçə xətalar aradan qaldırılıb. Bir neçə kiçik faydalı funksiyalar əlavə edilib.

Əsas sayt

  • Qeydiyyat zamanı şifrə daxil edərkən onun açıq göstərilməsi üçün sahəyə düymə əlavə edilib.
  • Email təsdiqini keçik ekranlardan və mobil cihazlardan edərkən baş verən xəta aradan qaldırılıb.

Dizaynlarda

  • BlogPro dizaynında Saytın xəritəsi təyinatlı səhifənin xətalı görünməsi bərpa olunub.
  • Slaydşou yaratdıqda slayda link təyin edərkən BlogPro dizaynında baş verən xəta aradan qaldırılıb.

Admin panel

  • Bölmə kartı yaradarkən İlkin baxış ilə əlaqədar yaranan xəta aradan qaldırılıb.
  • Admin panelin giriş formasına şifrənin göstərilməsi imkanı əlavə olunub.
  • Admin paneldə giriş formasında səhv yaranarkən çıxan bildirişin daha açıq şəkildə əks olunması təmin olunub.
  • Blokları silərkən çıxan təsdiqetmə pəncərəsində artıq silinən blokun yerləşdiyi səhifə də qeyd olunacaq.
  • Dizaynı dəyişərkən Müvəffəqiyyət bildirişinin çıxması əlavə edilib.