Bugfix 1.9.65

1.9.65 versiyasının posteri 

 

Aşkar olunmuş kiçik xətaların bərpası və təhlükəsizliyin gücləndirilməsi


1.9.65 versiyasında platformada aşkar olunmuş kiçik xətalar aradan qaldırılıb və Admin panellərin giriş formasına Google reCaptcha sisteminin tətbiq edilməsi nəticəsində platformanın təhlükəsizlik göstəriciləri daha da yüksəldilib.


Admin panel

  • Geniş imkanlı mətn sahələrində uzun Youtube linklərinin bəzən videonu əks etməməsi problemi aradan qaldırılıb.
  • Admin panelə giriş zamanı şifrəni görünən etdikdə girişin mümkün olmaması xətası aradan qaldırılıb.
  • Admin panelin təhlükəsizlik göstəricilərini artırmaq üçün giriş formasına Google reCaptcha sistemi inteqrasiya olunub.
  • Tətbiqlərin daxilində səhifəni aşağı scroll etdikdən sonra köməkçi çıxdıqda yaranan xəta aradan qaldırılıb.

 

Dizayn

  • BlogPro dizaynında Slaydşouya link təyin etdikdə slaydşounun saytdakı görünüşündə yaranan vizual xəta aradan qaldırılıb.
  • BlogPro dizaynında slaydın üzərinə heçnə yazmayanda belə saytda həmin slaydın üzərində dörkünc dizayn elementinin əks olunması xətası aradan qaldırılıb.
  • Home Dizaynında Blog tətbiqinin materialların görünməməsi xətası aradan qaldırılıb.
  • Home Dizaynında Blog tətbiqinin rubrikalarının görünməməsi xətası aradan qaldırılıb.
  • Home Dizaynında saytın aşağı hissəsinə yerləşdirilən menyunun aktiv bəndində yaranan vizual xəta aradan qaldırılıb.
  • Home dizaynında Owtext Bölməsinin səhifəsində mətnlərin kənarında əks olunan şəkilin ölçülərində yaranan xəta aradan qaldırılıb.


Owblocks

  • Slaydşouya xarici keçid əlavə olunarkən həmin keçidin “http://” nə də “https://” protokolu yazılmadıqda keçidin əvvəlinə “https://” protokolunun avtomatik əlavə olunması təmin edilib.
  • Slaydşou yaradarkən link təyinatı formasının bəzən açılmaması xətası aradan qaldırılıb.