Owbike 1.10.0

Owbike platformasının 1.10.0 versiyasının posteri


Köməkçilərin təkmilləşməsi, Owpages tətbiqinin redizaynı, platformanın daha da asanlaşması və xətalar bərpası.

1.10.0 versiyasında platforma daha da asanlaşıb. Bu versiyada köməkçilərin işləmə mexanizmlərində, dizaynında və sayında dəyişikliklər edilib, Owpages tətbii redizayn olaraq daha da asanlaşdırılıb və tətbiqə bir neçə yeni imkan əlavə edilib və ümumən platformada daha öncə aşkar olunmuş xətalar aradan qaldırılıb.




Owpages

Yeni dizaynda eyni zamanda həm minimalistik həm də ki premial görünür. Saytın səhifələrini redaktə edərkən tətbiqdə solda görünən siyahı yığışdırılıb. Artıq saytlın səhifələrini redaktə edərkən göz qarşısında yalnız həmin səhifəyə dair məlumatlar əks olunacaq.

Tətbiqin əsas səhifəsində əks olunan səhifələr siyahısına isə “Detallı baxış” düyməsi əlavə olunub. Bu düyməni sıxaraq istifadəçi dərhal detallı rejimdə səhifəni incələyə biləcək.

Səhifələrin əlavə edilməsi və redaktəsi səhifələrində isə dizayn yeniliklərindən savayı yeni “SEO izah” sahəsi də əlavə olunub. Bu yeni sahə və səhifənin bir neçə o qdərə də başlıca əhəmiyyəti olmayan tənzimləmələr “Detallar” düyməsi ilə formada açılır.



Yaradılan veb saytın səhifələrini idarə etmək üçün imkan təqdim edən Owpages tətbiqinin şəkli

Owpages tətbiqi yeni dizaynda



Köməkçilər

Köməkçilər üzərində həqiqətən də çox işlər görülüb. İlkin olaraq köməkçilərin dizaynı dəyişilib. İstifadə olunan rəng və ölçülər platformanın əsas brend məqamlarına uyğunlaşdırılıb. Köməkçi əks olunarkən əhəmiyyətli olmayan hissələrin qaralması artıq tam əksinə ağ şəffaf fon ilə əvəz olunacaq. Köməkçilərdən “Bir daha göstərmə” seçimi yığışdırılıb. Köməkçilər artıq “OK” düyməsinə basana qədə yalnız bir dəfə əks olunacaq. “OK” düyməsi basıldıqdan sonra isə köməkçi bir daha çıxmayacaq. Həmçinin artıq platformaya ilkin giriş minimal sayda elementlər ilə başlayacaq. İstifadəçinin diqqətini lazımlı idarəetmə elementlərində saxlamaq üçün artıq elementlər onlar barədə köməkçi məlumat verildikdə əks olunacaq və yerində qalacaq. Yəni daha öncə istifadəçi saytının admin panelinə daxil olduqda ona bütün elementlər görünürdü və hər bir elementin üzərində köməkçilər əks olunaraq istifadəçiyə ilkin məlumatlar verirlirdisə artıq elementlər özləri də sıra ilə əks olunmağa başlayacaq ki, istifadəçidə platformanın çətin olması təəsüratı yaranmasın.



Yaradılan veb saytın tənzimləmələrinin idarə olunması

Köməkçilər yeni dizaynda





Digər dəyişikliklər və xətaların bərpası

  • Bütün tətbiqlərdə “Geniş imkanlı mətn sahəsinin” dizaynı yenilənib.

  • Detallı baxışa ikon, saytın başlığı və baxılan səhifənin başlığı əlavə olundu.

  • Tənzimləmələrdən saytın izahı yığışdırıldı.

  • Funksional menyudan Panel bəndi yığışdırıldı. Profil məlumatlarında dəyişiklik etmək üçün Paneldə yuxarı zolaqda ən sağda istifadəçi adı və soyadının əks olunduğu hissəyə klikləmək lazımdır.

  • Owforms tətbiqində yeni forma yaradılışı səhifəsində “Yadda saxla” düyməsi “Əlavə et” düyməsi ilə əvəz olundu.

  • Geniş imkanlı mətn sahələrinə əlavə olunan siyahıların saytda bəzən qüsurlu görünməsi xətası aradan qaldırıldı

  • Geniş imkanlı mətn sahələrinə kopyalanaraq yerləşdirilən mətnlərin rənginin dəyişdirilməsi zamanı yaranan xəta aradan qaldırıldı

  • Geniş imkanlı mətn sahəsinə əlavə olunan keçidlərin rənglərinin bəzən adi mətndən seçilməməsi qüsuru aradan qaldırıldı.

  • Geniş imkanlı sahələrində şəkil üzərində işlədikdən sonra bəzən “Şəkil mətnin solunda” kimi düymələrin saytda da əks olunması xətası aradan qaldırıldı

  • Saytın yuxarı hissəsinə axtarış bloku yerləşdirdikdə blokun sola doğru yapışması xətası aradan qaldırıldı.

  • Köməkçilərin bəzən təkrarlanması xətası aradan qaldırıldı.

  • Owforms tətbiqində kiçik vizual dəyişikliklər edilib