Owbike Run Up 2.0 - Öz internet mağaza saytını yarat

My default image

İkinci major versiya

Owbike bu gün ikinci major versiyasını təqdim edir. 2.0 nömrəli və “Run up” kodadlı versiya elə adından göründüyü kimi sahibkarların öz rəqiblərini ötməsi üçün hazırlanıb. 2.0 versiyası online ticarət sahəsinə fokuslanıb və yaradılan həllər sahibkarlara qısa zamanda öz istədikləri internet mağazanı yaratmaqları üçün yeni və asan imkanlar təqdim edir.


Shop

2.0 versiyasının başlıca yeniliyi olan Shop tətbiqi saytı internet mağazaya çevirmək imkanı təqdim edir. Tətbiqin əsas imkanları:

  • Məhsul Kateqoriyaları
    İstənilən sayda məhsul kateqoriyaları yarada bilərsiniz. Kateqoriyalar sərbəst də yaradıla bilər, mövcud kaqeqoriyaların içində də yerləşdirilə bilər. Kateqoriyaları nüsxələmək və ya onları bir kateqoriyanın içindən digər kateqoriyaya köçürmək də olar. Bunlardan əlavə kateqoriyalara xüsusiyyətlər verə bilərsiniz, və bu kateqoriyalara məhsul yerləşdirdikdə məhsulda həmin xüsusiyyətin cavabı qeyd olunmalıdır. Məsələn: əgər siz monitor satışı ilə məşqulsunuzsa, Monitorlar üçün yaratdığınız kateqoriyaya “Diaqonal” xüsusiyyəti verə bilərsiniz. Beləliklə Monitorlar kateqoriyasına məhsul yerləşdirdikdə bu məhsul üçün Diaqonal seçəcəksiniz və seçim saytda əks olunacaq.

  • Məhsullar
    Məhsullarınızı Kateqoriyaların içində yaradacaqsınız. Heç bir limit yoxdur. Məhsullarda bir neçə şəkil, brend, xüsusiyyətlər, artikul və digər məlumatlar qeyd edə bilərsiniz.

  • Ödəniş növü
    Administrator olaraq saytınızda hansı ödəniş metodlarının işləyəcəyini özünüz seçə bilərsiniz. Bank kartı ilə online ödəniş və Nağd ödəniş seçimi verilir. Əgər saytınızda hər iki ödəniş növünü aktiv etsəniz müştəriniz necə ödəniş edəcəyini özü seçəcək. Kart ilə ödəniş olduqda ödənilən vəsaitdən 6% komissiya haqqları çıxdıqdan sonra vəsait saytın balansına əlavə olunacaq. Balansınızda toplanılan məbləğ ay ərzində 1 dəfə avtomatik sizin bank hesabınıza köçürüləcək. Bunun üçün Shop tətbiqində müvafiq sahəyə bank rekvizitlərinizi daxil etməlisiniz.

  • Satışlar
    Saytınızda baş verən bütün satışlar barədə məlumat tətbiqin “Satışlar” səhifəsində əks olunacaq. Satışların hansı statusda olmasını özünüz təyin edəcəksiniz. Yəni sifariş barədə məlumat aldıqdan sonra məhsulu paketləyirsinizsə və ya məhsul çatdırılma üçün yola çıxırsa sifarişin statusunda bunu siz əks etməlisiniz. Edəcəyiniz dəyişiklik barədə müştəriniz də saytda “Sifarişlərim” səhifəsində məlumat alacaq.

  • İnteqrasiyalar və digər imkanlar
    Shop tətbiqi digər tətbiqlərlə inteqrasiya olunub. Tətbiqin Owblocks tətbiqində öz blokları, Owpages tətbiqində öz səhifələri var. Tətbiq sayta “Sifaişlərim”, “Sevimlilər”, “Səbət” kimi səhifələr də təqdim edir.


Bütün bunlarla birgə Shop tətbiqinin e-commerce biznesə keçmək istəyənlər üçün möhtəşəm həll olacağını düşünürük. Platformaya Shop tətbiqi ilə 100də100 uyğunluğu olan yeni Muli dizaynı da təqdim olunur.

My default image

Shop tətbiqində “Məhsullar” səhifəsi





Muli

Muli dizaynı özəlliklə e-ticarət tipli saytlar üçün yaradılıb. İstifadə olunmuş rəng çalarları və Dizayn ilə birgə təqdim olunan Hazır kontent Muli-nin daha çox geyim alış-verişi saytları üçün nəzərdə tutulduğunu göstərir. Dizaynın səhifələri bir sütunludur. Lakin blog kimi səhifələrdə və məhsul kateqoriyalarında ikinci sütun da yaranır. Muli dizaynı da digər dizaynlarımız kimi xüsusi ilə Owbike üçün yaradılıb və unikaldır. Owblocks tətbiqi ilə dizaynın struktur bloklarını idarə edərə saytınızı bənzərsiz edə bilərsiniz. İstənilən hissəni təyinatı üzrə dəyişə bilərsiniz. Muli həmçinin menyu blokları üçün ikon seçimləri də təqdim edir. Dizayn Shop tətbiqi ilə 100də100 uyğundur. Digər tətbiqlər üçün də Muli-da düzgün və səliqəli görkəm yaradılıb. Bütün bunlardan əlavə digər dizaynlardan fərqli olaraq Muli dizaynında saytın aşağısında məcburi Owbike logosu yelrləşdirilməyib. Beləliklə Muli dizaynı Shop tətbiqi və Owbike platformasının təqdim etdiyi digər imkanlar sayəsində tam müstəqil görülən internet mağazanızı özünüz yarada bilərsiniz.

My default image


Muli dizaynı




Users

Tətbiqin başlıca məqsədi sayt sahiblərinin öz ziyarətçilərini daimi istifadəçilərə çevirə bilməsi üçün imkanlar təqdim etmək üçün. Bunun üçün tətbiq sayəsində saytda İstifadəçi Girişi və Qeydiyyatı yaratmaq olar. Həmçinin İstifadəçinin öz şifrəsini bərpa etməsi üçün imkanlar da mövcuddur. Users tətbiqi Shop tətbiqi ilə sıx əlaqədədir. Saytdan alış-veriş edənlər mütləq saytın istifadəçisi olmalıdırlar. Tətbiqin Owpages ilə əlaqəsi sayəsində isə siz Saytınızda qaydalar tərtib edə bilərsiniz və onları əks edən səhifəyə keçid qeydiyyat formasına avtomatik yerləşdiriləcək. Bütün istifadəçilər barədə məlumat tətbiqin əsas səhifəsində istifadəçilər cədvəlində əks olunur.

My default image

Users tətbiqi



Owblocks

Tətbiqdə bir sıra maraqlı yeniliklər var.

  1. Ekrandan asılı görünüş imkanları
    Artıq blokların hansı cihazlarda görünəcəyini özünüz seçə bilərsiniz. Məsələn, ola bilər ki saytda yerləşdirdiyiniz müəyyən bannerin yalnız mobil cihazlarda görünməsini istəyirsiniz, masaüstü cihazlarda isə başqa bir banner əks olmalıdır. Bunun üçün siz hər iki bloku istədiyiniz səhifəyə yerləşdirirsiniz və onun hansı ekranlarda görünəcəyini özünüz təyin edirsiniz. 3 seçim var. Mobil cihazlar, Planşetlər və Masaüstü cihazlar.

  2. İstisnalar
    Bildiyiniz kimi Owblocks tətbiqi sayəsində siz hər bir səhifədə hansı blokların yerləşdiyini ayrı-ayrılıqda təyin edə bilərsiniz. Həmçinin “Bütün səhifələr” adlı seçim də var. Buraya yerləşdirdiyiniz bloklar saytın bütün səhifələrində əks olunur. Lakin bəzən elə olur ki blok saytın birneçə səhifələrindən başqa bütün səhifələrində yerləşdirilməlidir. Artıq “istisna” imkanı sayəsində siz bütün səhifələrdə görünməsi təyin olunan bloku bəzi səhifələrdə gizli edə bilərsiniz.

  3. “Brendblok” bloku artıq “Loqo” adlandırılacaq


My default image

Owblocks tətbiqinin “Blokları yerləşdir” səhifəsi



E-commerce tarifi

Platformaya yeni tarif əlavə olunub. E-commerce tarifi xüsusi ilə Online ticarət ilə məşqul olmaq istəyən sahibkarlar üçündür. 2.0 versiyasından etibarən təqdim olunan Shop və Users tətbiqləri yalnız bu tarif üçün açıqdır. Tarifin digər üstünlüyü 20 GB disk yerinin təqdim edilməsindədir. Tarifin ödənişi isə aylıq 50 AZN edir.

My default image






Adınız və Soyadınız

Platformanın əsas saytı olan Owbike.com-da qeydiyyat formasına dəyişiklik edilib. Formaya Adınız və Soyadınız sahələri əlavə olunub. Bu sahələrə yazılanlar saytın Admin panelində müvafiq hissədə əks olunacaq. Buna görə də Admin paneldə bu sahələri doldurmağınız üçün sizi yönəldən köməkçilərə baxmağınız artıq vacib deyil. Bunun sayəsində sizin Admin paneldə idarəetməni öyrənməyiniz daha tez yekunlaşacaq və işə keçə biləcəksiniz.





Admin panel

Admin paneldə bir neçə vizual dəyişikliklər edilib. Platformaya proqressi göstərən zolaqlar əlavə edilib, aşkar olunmuş xətalar aradan qaldırılıb və Tariflər pəncərəsində dizayn yenilənib.










youtube video


2.0 versiyasının reklam çarxı