Owbike 2.3

My default image

Bütün tətbiqləri ödənişsiz sınamaq imkanı, Blog tətbiqinin redizaynı və mobil idarəetmədə vizual dəyişikliklər.

2.3 versiyasından etibarən artıq hər hansı tarifə keçməkdən öncə bütün tətbiqləri sınaya biləcəksiniz. Həmçinin bu versiyada Blog tətbiqinin dizaynı yenilənib, Owtext tətbiqində yeni imkan əlavə edilib və mobil idarəetmədə ciddi vizual dəyişikliklər edilib.


Tətbiqlər

Əvvəlki versiyalarda istifadəçiyə 30 gün sınaq müddəti və bir sıra tətbiqlər təqdim olunurdu. Platformada bu səmtdə dəyişikliklər etdik və artıq heç bir tarifə keçmədən bütün tətbiqləri sınaya biləcəksiniz. 30 günlük sınaq müddətində bütün tətbiqlər sınaq üçün istifadəyə açıq olacaq, lakin tətbiqlərdə yaradılan material sayında limitlər olacaq. Beləliklə siz bu 30 gün ərzində platformanın bütün imkanlarını sınayıb sizə uyğun tarifi asanlıqla seçə biləcəksiniz.


Blog

Blog tətbiqinin dizaynı köklü şəkildə yenilənib. İnterfeys cəhətdən Owpages tətbiqinin dizaynına bənzədilmiş tətbiqdən istifadə artıq daha rahatdır. Minimalistik tərz və lazımlı düymələrin yalnız müvafiq hissələrdə çıxması sayəsində tətbiq maksimal dərəcədə asanlaşdırılmışdır. Tətbiqin mobil versiyasında da eyni yeni dizayn tətbiq olunub və mobil cihazlara uyğun adaptivləşdirilib.

My default image
Blog tətbiqinin mobil versiyası

Owtext

Owtext tətbiqində artıq üst bölmələr də yaratmaq olar. Əvvəlki versiyalarda siz yalnız bölmə və mətn yarada bilirdiniz. Bu versiyadan etibarən isə bölmələri digər bölmələrin daxilinə aid edərək daha dərin bölgü imkanı əldə edirsiniz.


Mobil idarəetmə

Saytın admin panelin mobil versiyası üçün də asanlaşdırıcı redizayn işləri görülüb. Düymələrin ölçüləri böyüdülüb, Tətbiqlər Rəfi ayrıca qat üzərinə yerləşdirilib, tətbiqlər və ya digər pəncərələr açıldıqda onlar artıq bütün səthin, həmçinin üst zolağın da üzərində yerləşəcək. Bütün bunlar sayəsində yaratdığınız veb saytı mobil cihazlardan idarəetmək dəfələrlə asanlaşacaq.

My default image

Mobil idarəetmə


Digər dəyişikliklər

  • Admin panelə ilkin giriş zamanı Detallı Baxışda səhv kontentin göstərilməsi xətası aradan qaldırılıb.
  • Owphoto tətbiqinə şəkil yükləyərkən onun altnda proqress tipli animasiyanın əks olunması təmin olunub.
  • Mobil idarəetmədən pəncərələrin üzərindəki böyütmə və kiçildmə düymələri yığışdırılıb.
  • Owpages tətbiqində Köməkçilər “Redaktə et” düyməsinə işarə edərkən düymənin fonunun itməsi xətası aradan qaldırılıb.