Owbike 2.7

My default image

Şəkillərin harada istifadə olunmasını göstərən yeni imkan, keçidlərin modal pəncərələrdə açılması və xətaların aradan qaldırılması.

Bu versiyanın əsas özəlliyi Owphoto tətbiqində yeni yaradılmış funskiyadır. Həmçinin keçidlərin modal pəncərədə açılmasını təyin etmək imkanı yaradılıb və aşkar olunmuş xətalar aradan qaldırılıb.




Owphoto

Tətbiqə yeni əlavə olunmuş imkan sayəsində şəkillərin saytın hansı materialında istifadə olunduğunu görmək olacaq. Bununla istifadəçi heç istifadə olunmayan şəkilləri dərhal müəyyənləşdirib silə biləcək. Yeni imkan həm saytda yer həcminə qənaət etmək üçün, həm Owphoto tətbiqindən istifadə rahatlığını artırmaq üçün, həm də şəkillərin istifadə yerlərini müəyyənləşdirmək üçün yaxşı həll olaraq təqdim olunur. İmkandan yararlanmaq üçün veb saytın versiyasını 2.7.00 versiyasına yenilədikdən sonra Owphoto tətbiqini açın. Owphoto tətbqidində əks olunan şəkillərdən saytda istifadə olunanların üzərində yeni göy rəngdə düymə əks olunacaq. Düyməyə kliklədikdə şəklin hansı materiallarda istifadə olunduğunu göstərən pəncərə çıxır.




Modal pəncərələr

Geniş imkanlı mətn sahələrinə link funksiyasına yeni imkan əlavə olunub. Artıq Link yaradarkən onun açılma yeri olaraq Hədəfi əsas pəncərədə və yeni pəncərədən yanaşı Modal pəncərədə təyin etmək olaraq. Belə təyin edildikdə saytda keçidə klikləyərkən səhifənin üzərində kiçik modal pəncərə yaranacaq və həmin linkin səhifəsi bu pəncərənin üzərində əks olunacaq.


My default image


Digər dəyişikliklər

  • Bluee hazır kontentində Owphoto tətbiqində yaranan xətalar aradan qaldırılıb.
  • Bluee hazır kontentində Owtext tətbiqində yaranan xətalar aradan qaldırılıb.
  • Orange rims dizaynında yaranan xətalar aradan qaldırılıb.
  • Orange Rims dizaynı Shop tətbiqi ilə uyğunlaşdırılıb.
  • Orange Rims dizaynı Users tətbiqi ilə uyğunlaşdırılıb.
  • Slaydşou yaradılışında mətn ölçüsü ilə əlaqədar xətalar aradan qaldırılıb.
  • Versiyanın yenilənməsi bitərkən çıxan xəta mesajı xətası aradan qaldırılıb.
  • Dizaynlarda Müəlliflik hüququ və platformanın logosu əks olunan hissələr dəyişdiriləbilən sərbəst bloklarla əvəzlənib.
  • Muli dizaynında axtarış səhifəsində yaranan xətalar aradan qaldırılıb.
  • Muli hazır kontentində saytın aşağı hissəsində əlaqə blokunun göstərilməsi bərpa edilib.
  • Owblocks tətbiqində blokların üzərinə redaktəetmə düyməsi əlavə olunub.