Owbike 0.5.0 versiyasını açıq elan edir.

 

İstifadəçilər artıq domen də bərkidə biləcəklər.

 

Bu gün Owbike sistemi istifadəçilər üçün sayca 12-ci olan beta versiyasını açıq elan edir. Bu versiyadan etibarən istifadəçilər artıq öz saytlarına istənilən domen ünvanını bərkidə biləcəklər.



 

 

Domen.

Sistemə yeni əlavə olunmuş "Domen" pəncərəsi istifadəçilərə asanlıqla saytlarına domen bərkitmək imkanını yaradır. Yuxarı menyunun "Sayt" bəndindən daxil ola biləcəyiniz bu pəncərədə cəmi 3 addıma istənilən domeni bərkidə biləcəksiniz. Sistem sizi məhz bizdən domen almaq zərurəti ilə də qarşı-qarşıya qoymur. İstənilən provayderdən sahibləndiyiniz domeni 5 dəqiqəyə saytınıza bərkidə biləcəksiniz. Üstəlik pulsuz əldə edə biləcəyiniz domen provayderlərinin ünvanlarını paylaşaraq istifadəçiyə qənaət etməsində də kömək edirik.

 

My default image

Domen pəncərəsi





Youtube.

Owpages və Owtext tətbiqlərində yeni bir funksiya əlavə olundu. Artıq saytınızın istənilən səhifəsinə videolar bərkitmək olacaq. Xatırladırıq ki, 0.4.0 versiyasında saytlara facebook video bərkitmək imkanı əlavə edildi. Bunun üçün Owblocks tətbiqində "Facebook video" bloku yaratmaq lazımdır. Bu dəfə əlavə etdiyimiz youtube imkanı isə daha da asandır. Sadəcə kopyaladığınız video linkini mətn sahəsinə yerləşdirirsiniz və sistem avtomatik onun video görüntüsünü qoşur.

 

My default image

Owpages tətbiqində səhifəyə YouTube video yerləşdirilməsi.

 



 

Digər yeniliklər.

  • Panelin əsas menyusunda "Ümumi" bəndinin adı dəyişilərək "Sayt" ilə əvəzləndirilib.
  • Owblocks-da Nüsxələnərək yaradılmış blokların səhifələrin bəzi hisələrində görsənməməsi problemi aradan qaldırırlıb.
  • Owphoto tətbiqində Slaydşouda slayd silindiyi zaman içərisindəkilərin yeni slaydın içərisi ilə qarışması problemi aradan qaldırılıb.
  • Owpages-da səhifənin ünvanı dəyişildikdə həmin səhifəyə bərkidilmiş blokların itməsi problemi aradan qaldırılıb.
  • Owblocks tətbiqinini blok yerləşdirmə səhifəsində cüzi dizayn dəyişiklikləri edilib.
  • Owblocksda Bölmə kartları 17-ci dizaynla yaradılarkən saytda bölmənin mətnlərinin çox gec yüklənməsi problemi aradan qaldırılıb.
  • "Ev" məzmununda aşkar olunmuş kiçikdizayn səhfləri aradan qaldırılıb.
  • Paneldə "yenilənmə" sahəsində aşkar olunmuş dizayn nöqsanı aradan qaldırılıb.