Məxfilik siyasəti

Bu səhifədə Owbike platformasının topladığı məlumat və bu məlumatın necə istifadə olunduğu barədə ətraflı öyrənə bilərsiniz. Məxfilik siyasəti İstifadə qaydalarının parçası hesab olunur və platformanın xidmətlərindən istifadə edənlər üçün oxunulması vacib olan hüquqi sənəddir.




Məxfilik siyasəti




Son dəyişikliklərin tarixi: 16 Mart 2020

Owbike (bundan sonra “owbike” və ya “biz”) Məxfilik siyasəti istifadəçilərin (bundan sonra “istifadəçi” və ya “siz”) bu sistemdə olarkən , qeydiyyatdan keçərkən, özlərinin təqdim etdiyi və sistem tərəfindən avtomatik olaraq yığılan informasiyanın necə qorunduğu və istifadə olunduğu barədə məlumatı, eyni zamanda istifadəçinin hüquqları barəsində informasiyanı özündə əks etdirir.

Həqiqi istifadəçi bu məxfilik siyasəti çərçivəsində öz məlumatlarının istifadəsinə razılıq verir. Sistemdən istifadə məxfilik siyasətinin müddəaları ilə razılaşmaq kimi qəbul olunacaq. Biz sizə məxfilik siyasətimizi oxumağı şiddətlə tövsiyə edirik.

İstifadəçi sistemdən istifadə etməklə öz məlumatlarından istifadə etməyə razılıq verə biləcəyi yaşda (ən azı 16 yaş) olduğunu təsdiqləyir. İstifadəçinin yaşı az olduqda (13-16 yaş intervalında) o, öz məlumatlarından istifadə üçün razılığı valideynlərinin icazəsi ilə müvafiq qaydada təsdiqləməlidir.

Şəxsi məlumatlarınızı sistemə daxil etməklə siz öz məlumatlarınızı könüllü surətdə, birmənalı olaraq servisimizdən istifadəyə görə daxil etdiyinizi təsdiqləyirsiniz. İstifadə və məlumatların müdafiəsi aşağıdakı müddəalarla tənzimlənir. Verilən razılıqdan istədiyiniz zaman imtina edə bilərsiniz.

Terminlər və anlayışlar.

Şəxsi informasiya - Xidmət istifadəçisi ilə bağlanmış müqaviləyə əsasən, müəyyən fiziki şəxs haqqında məlumatdır.

Müqavilə - İstifadəçi və Owbike arasında bağlanmış, https://owbike.com/rules ünvanı üzrə yərləşdirilmiş, müvafiq qaydada İstifadəçi tərəfindən təsdiq olunmuş və Owbike və İstifadəçi üçün mütləq hüquqi gücə malik llisenziyalı razılaşmadır.

Servis - internet şəbəkəsinin https://owbike.com internet saytında yerləşdirilmiş proqram kompleksidir. Servisin özəlliklərinə daxildir: mətnlər, qrafik dizayn elementləri, şəkillər, video materialar, kompüter proqramı və başqa intellektual fəaliyyət əsnasında yaradılmış xidmətlər.

İstifadəçi - https://owbike.com/rules ünvanında servisin qanunlarını qəbul etmiş və servisdən istifadə edən hüquqi və fiziki şəxslər.

Mətndə rast gəldiyiniz digər termin və izahlar internetdə formalaşmış və şəxsi məlumatların işlənməsini tənzimləyən müvafiq qanunlarla izah olunur.



1.Yığılan şəxsi informasiya

1.1. Biz öz fəaliyyətimizdə informasiya yığımını və saxlanılmasını Avropa Şurasının Ümumi Məlumatların Mühafizəsi Qaydalarına əsaslanaraq həyata keçiririk.

1.2. “Məlumatların minimallaşdırması” prinsipinə əsaslanaraq yalnız rahat istifadəni təmin edəcək qədər informasiya toplayırıq. İstifadəçinin sistemdən istifadə zamanı biz 2 tip şəxsi məlumat toplayırıq:

Şəxsi informasiya

Sistemin topladığı informasiya

1.3.1.Şəxsi informasiya. Bu informasiya qeydiyyat əsnasında istifadəçinin sistemə daxil etdiyi informasiyadır.

Servisin istifadəsi üçün istifadəçi tərəfindən məcburi tələb olunan informasiyaya daxildir:

  • E-mail ünvanı;

Əlavə olaraq sizin tərəfinizdən sistemə əlavə oluna bilər:

  • Telefon nömrəsi;

  • Ad.

Göstərilən informasiyanın daxil edilməsi sistemdən istifadə üçün zəruri deyil, lakin qeyd etmək istərdik ki, bu tip informasiya Servisdən istifadəni nəzərə çarpacaq dərəcədə asanlaşdırır. Məsələn, telefondan istifadə sizin müraciətlərinizə daha operativ cavab verməyə imkan verəcək.

1.3.2 Ümumi informasiya - bu informasiya konkret bir insana aid olan informasiyanı özündə cəmləşdirmir və avtomatik olaraq qeydiyyat və servisdən istifadə zamanı toplanılır.

1.3.3 Sistemin topladığı informasiyaya aiddir:

  • Cookie vasitəsiylə alınan informasiya, Veb brauzerin analizindən və vebserverin jurnallarından alınan informasiya, veb-mayaklar, başqa buna bənzər alət və texnologiyalar vasitəsilə alınan informasiya.

  • İstifadəçinin servisdən istifadə zamanı işlətdiyi cihazlar, cihazın əməliyyat sistemi, modeli, brauzerin növü, sistem tənzimləmələri, istifadəçinin cihazında işlətdiyi dil, geodata (ölkənin,regionun müəyyənləşdirilməsi), telekommunikasiya operatoru, istifadəçinin cihazının saat qurşağı barədə məlumatlar.

  • Serverdə saxlanılan hərəkət qeydləri, istifadəçilərin sistemə daxil olarkən işlətdikləri cihazların İP-adresləri, giriş vaxtı, servisdən istifadə ardıcıllığı, seans haqqında informasiya, sistemin daxilolmaya cavab müddəti, yükləmədəki səhvlər.

  • İstifadəçinin sosial şəbəkələrdə istifadə etdiyi hesab(lar) barəsində məlumat (istifadəçinin sosial şəbəkə hesabının məxfilik qaydalarında qurduğu tənzimləmələrdən asılı olaraq). Bu yolla biz sizin verdiyiniz icazədən asılı olaraq, maraq dairəniz barədə məlumat, eləcə də, şəklinizə keçid əldə edə bilərik.

  • Sizin verdiyiniz icazədən asılı olaraq başqa müəyyən edilməmiş informasiya.

1.4. İstifadəçi qəbul edir və razılaşır ki, bəzi hallarda biz onun haqqında informasiya tələb etmək, şəxsi sənədlərinin kopyalarını göstərilmiş informasiyanın təsdiqi üçün tələb etmək və istənilən digər sorğu aparmaq hüququna malikik.



2.Şəxsi informasiyanın toplanmasının yolları

2.1. Şəxsi informasiyanın yığılmasının hüquqi əsası istifadəçinin onun haqqında informasiyanın yığılması və saxlanılması barədə razılığı ilə, Avropa Şurasının Ümumi Məlumatların Mühafizəsi Qaydalarının 6-cı qətnaməsinin 1-ci bəndinə əsasən həyata keçirilir.

2.2.Şəxsi məlumat bizim tərəfimizdən istifadəçinin qeydiyyatdan keçdiyi an toplanılır.

2.3.Ümumi informasiya sistemdən istifadə zamanı toplanılır.

3.Şəxsi informasiya toplanılmasının məqsədləri

3.1. Biz şəxsi informasiyanı aşağıdakı məqsədlər üçün istifadə edirik:

3.1.1. Servisə çıxışın verilməsi və onun sonrakı istifadəsi zamanı.

3.1.2. Ümumi və individual istəkləri nəzərə alaraq, istifadə təcrübəsinə və çətinliklərə əsaslanıb servisin təkmilləşdirilməsi, onun istifadəsinin rahatlaşdırılması, zəruri parametrlərin tənzimlənməsi zamanı.

3.1.3.Texniki dəstəyin, geri dönüşün təmin olunması, eləcə də, bildirişlərin yönləndirilməsi, servisdən istifadə ilə bağlı sorğu və informasiyanın göndərilməsi. (bildirişlərin göndərilməsi, təhlükəsizlik məsələləri ilə bağlı informasiya, istifadə qaydaları və şərtlərinin dəyişdirilməsi.)

3.1.4 Servisdən istifadə olunmasının və istifadəçilərin servis daxilindəki hərəkət tendensiyasının monitorinqini və analizini apararaq, xülasə formasında statistik cədvəlin hazırlanması.

3.1.5.Bizim fikrimizcə istifadəçiyə maraqlı ola biləcək rеklаm məlumatlarının email ünvanına və ya mobil telefona göndərilməsi, məhsullar, xidmətlər, aksiyalar və başqa digər informasiya və xəbərlər haqqında bildirişlərin göndərilməsi.

3.1.6.Dələduzluğun və digər qanun pozuntularının tapılması, araşdırılması və qarşısının alınması, eləcə də, Owbike və istifadəçilərinin hüquqlarının və mülkiyyətinin qorunması.

3.1.7.Bütün yuxarıda qeyd olunmuş qanunlara riayət olunması.

3.2. İstifadəçilərin məlumatları yuxarıda göstərilmiş məqsədlərdən əlavə heç bir məqsəd üçün istifadə olunmayacaq.

3.3. İstifadəçi təsdiqləyir ki, şəxsi məlumatların istifadə olunma məqsədləri onun maraqlarına xidmət edir. Məlumatlarda istifadə üçün verdiyi razılıq isə Müqavilənin 3.1. bəndində göstərilmiş məqsədlər üçün verilir.

4.Şəxşi informasiyanın açıqlanması

4.1 Biz aşağıda qeyd olunmuş hallar istisna olmaqla istifadəçilərin şəxsi informasiyalarının 3-cü tərəfə ötürülməyəcəyinə dair cavabdehlik daşıyırıq.

4.1.1. İstifadəçi şəxsi məlumatlarının açıqlanması barəsədə birbaşa və konkret razılıq bildirməsi;

4.1.2.Belə informasiya servisin istifadəsi üçün zəruridirsə;

4.1.3.İstifadəçi və bizim aramızda bağlanmış razılaşmadan və digər sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi.

4.1.4.İnformasiya servisin ötürülməsi və onun funksionallığını təmin etmək üçün lazım olanda.(informasiyanın hostinqə göndərilməsində, kiber təhlükəsizlik sisteminə göndərilən zaman,ödənişlər zamanı, veb analitikadan istifadə zamanı,dələduzluğun qarsısını almaq məqsədi ilə,tələbləri yerinə yetirmək ehtiyacı olanda, elektron poçtun paylanması və sistemin monitorinqində, məhsuldarlığın ölçülməsi və məlumatların optimallaşdırılması zamanı, reklam və marketinq servislərindən istifadə zamanı).Üçüncü şəxslərin informasiyadan tam və ya qismən istifadəsi onların sistemin işləmə performasının qorunmasında və təmin edilməsində tutduğu roldan asılı olaraq verilir. Bundan başqa onlar informasiyanı yalnız məxfilik razılaşmasında göstərilən məqsədlər üçün istifadə edə bilərlər.

4.1.5. Şəxsi informasiyanın səlahiyətli orqanlara (məhkəmə, hüquq-mühafizə orqanları) ötürülməsi mövcud olan qanunlar çərçivəsində həyata keçirilir. Bizim qarşımıza hüquqi instansiyalardan informasiyanın açıqlanması kimi tələb qoyularsa, qanundan irəli gələn tələbləri yerinə yetirəcəyik.

4.1.6.Servisin bir hissəsinin və ya tamamının yeni sahibinə keçdiyində(satıldıqda).

4.1.7.Şəxsi informasiyanın ötürülməsi istifadəçi servisin məxfilik siyasətini və ya başqa bununla bağlı qanunları pozduqda bizim və ya üçüncü şəxslərin qanuni maraqlarının təmin olunması üçün istifadə olunur. Yuxarıda göstərilmiş hallarda şəxsi məlumatların açıqlanması icazəsiz istifadə kimi qəbul edilə bilməz.

4.2. Biz istifadəçilərin şəxsi məlumatlarını üçüncü şəxslərə satmayacağıq.

4.3.İnformasiya yalnız bizim məxfilik siyasəti və tətbiq olunan qanunlar çərçivəsində həyata keçirilir.

5.İnformasiyanın saxlanılması və ötürülməsi.

5.1.Biz istifadəçinin işlənmiş informasiyasını, sayt sahiblərinin və onların istifadəçilərinin informasiyalarını Google Cloud Platform-da, başqa sözlə desək, google serverlərində saxlayırıq. İstifadəçilərin şəxsi informasiyalarının saxlanılması və işlənilməsi ya bilavasitə bizim tərəfimizdən, ya da bu iş üzrə ixtisaslaşmış 3-cü şəxslər tərərfindən həyata keçirilir, bununla bərabər, belə şəxslər bizim məxfilik siyasətimizə uyğun olaraq şəxsi informasiyanı saxlamalı və qorumalıdır.

6.Müşahidə texnologiyalarından istifadə.

6.1.Biz istifadəçilərin servisimizdən istifadəsini rahatlaşdırmaq, eyni zamanda servisin işləməsini təmin etmək,sistemə nəzarət etmək və onu yaxşılaşdırmaq üçün daima müşahidə texnologiyalarından istifadə edirik. Susmaya görə rejimində müşahidə və istifadəçinin identifikasiya olunması məqsədilə bir neçə belə texnologiyadan istifadə edirik. Texnologiyalar aşağıda göstərilmiş məqsədlər üçün istifadə edilir: işləmə seansının və istifadəçinin təhlükəsizliyini temin edilməsi, istifadəçinin istəklərnin nəzərə alınması, qoşulmanın stabiliyin yoxlanılması, servisin məhsuldarlığının və marketinq kampaniyalarının monitorinqi, servisimizin işləməsinin təmin olunması və yaxşılaşdırılması .

7.İstifadəçinin hüquqları.

Bizim məxfilik siyasəti çərçivəsində, hər istifadəçi aşağıda göstərilmiş hüquqlara malikdir:

7.1.1. Şəxsi informasiyası haqqında məlumat alma hüququ. Bu hüququn təmin edilməsi məqsədilə, servis daxilində xüsusi şəxsi informasiyalarla bağlı bölmə yer alıb. Bu bölmədə bizim şəxsdən aldığımız bütün informasiya yer alıb. İstifadəçi istənilən zaman həmin bölməyə daxil olaraq bizim onun haqqında hansı informasiyaya malik olduğumuza baxa bilər. İstifadəçinin istəyilə özü haqqında tam informasiyanı (istifadəçi haqqında topladığımız informasiyanını necə saxladığını, informasiyanın açıqlanıb açıqlanmadığını, hansı 3-cü şəxslərin informasiya giriş imkanı olduğunu, hansı müddətə saxlanacağını) bizə müraciət edərək müəyyən vaxt ərzində əldə edə bilər.

7.1.2.Düzəliş hüququ. İstifadəçi istənilən zaman öz şəxsi səhifəsinə daxil olaraq düzəliş etmək hüququna malikdir. Düzəlişi edərkən problem yaranarsa o bizə müraciət edə bilər. Biz öz növbəmizdə qısa zamanda lazımi dəyişiklikləri edəcəyik. İstifadəçinin eyni zamanda qismən öz haqqında informasiya vermək hüququ var ki, bu daxil edilməsi zəruri olan informasiyadan az olmamalıdır.

7.1.3.Məlumatların işlənməsinin dayandırılması. İstifadəçi məlumatlarının işlənməsilə bağlı icazəni istənilən zaman geri çəkə bilər. İstifadəçinin məlumatlarının işlənməsinin geri çağırılması məlumatların işlənməsi qanuniliyinə təsir etmir. Şəxsi məlumatların işlənilməsinə verilən razılığı asan verildiyi kimi asan da geri çəkmək mümkündür. İstifadəçi istənilən zaman şəxsi hesabının silinməsilə bağlı bizə müraciət edə bilər və biz öz növbəmizdə müraciəti qısa zamanda cavablandıracağıq. Şəxsi informasiyaya dəyişiklik ediləndə və yaxud verilmiş razılıq geri çəkiləndə, biz bu barədə sistemə giriş imkanı olan üçüncü şəxsləri məlumatladıracağıq.

7.1.4. Silinmə hüququ . İstifadəçi şəxsi informasiyasının silinməsini tələb etmə hüququna malikdir. Biz də öz növbəmizdə bu tələbi yerinə yetirməyə borcluyuq əgər:

  • şəxsi məlumatlar yığıldığı məqsədlər üçün artıq gərək deyilsə;

  • informasiyanın sahibi şəxsi məlumatlarının işlənməsilə bağlı razılığı geri çəkirsə;

  • şəxsi məlumatlar qeyri qanuni işlənmişdirsə;

  • şəxsi məlumatlar qanun əsasında silinməlidirsə.

8. Şəxsi informasiyanın saxlanma müddəti

8.1 Biz sizin informasiyanı servisdən istifadə etdiyiniz dövr ərzində (hesabınızın mövcud olduğu zaman ərzində), bizim servisin optimal xidmət göstərməsi üçün bu məlumata ehtiyacımız olduğu müddətcə və yaxud qanunda daha uzun müddət göstərildiyi təqdirdə saxlamaq hüququna sahibik. (əgər bizim mübahisəli məsələlərin həlli üçün qanun qarşısında öhdəliyimiz varsa, dələduzluğun və sui-istifadənin qarşısını almaq üçün, maraqlarımızı müdafiə etmək məqsədilə)

9.0. İnformasiya təhlükəsizliyi

9.1.Biz şəxsi məlumatlarınızın müdafiəsi məqsədilə qanunlar çərçivəsində bütün zəruri və yetərli tədbirləri həyata keçiririk. Şəxsi informasiya qorunur: qanunsuz girişdən, kopyalanmadan, məhv edilmədən, dəyişilmədən, bloklamadan, şəxsi informasiyanızın yayılmasından, üçüncü şəxslərin qeyri qanuni hərəkətlərindən. Biz öz fəaliyyətimizdə şəxsi məlumatlarının qorunmasını bu sahənin informasiya təhlükəsizliyi standartlarına uyğun olaraq həyata keçirir və məlumatlarınızın maksimum şəkildə müdafiəsini təmin etməyə çalışırıq. Şəxsi informasiyanın qorunması konstruktiv səviyyədə susmaya görə avtomatik olaraq sistemə daxil edilib. Təhlükəsizlik tədbirləri bunlardan ibarətdir: məlumatların şifrələnməsindən, məlumatların minimallaşdırılmasından, istənilən vaxt şəxsi informasiyaya girişin təmin edilməsindən və sistemdə yaranmış xətaların aradan qaldırma işlərindən. Biz daima öz sistemlərimizi müşahidə edirik: mümkün hücumlara qarşı, zəif nöqtələrin tapılması üçün, şəxsi informasiyanın qorunması üçün, təşkilati və texniki tədbirlərin effektivliyinin artırılması məqsədilə və daima bizim servisin təhlükəsizliyi və istifadəçilərimizin informasiya məxfiliyinin qorunması, keyfiyyətinin artırılması məqsədilə yeni yollar və servis təşkilatçılarını axtarırıq. Məlumata çıxışı olan bütün 3-cü şəxslər yuxarıda göstərilmiş standartlara uyğun olaraq şəxsi informasiyanın müdafiəsi qanunlarına riayət edirlər.

9.2. Buna baxmayaraq, biz sizə mütləq müdafiəyə zəmanət verə bilmərik, bu səbəbdən biz sizi ehtiyatlı olmağa çağırırıq. Etibarlı şifrə qurun və sizə ziyan verə biləcək həssas informasiyanın istifadə olunmasından yayının.

9.3. Şəxsi informasiyanın məxfiliyinin pozulması zamanı, biz dəyən ziyanın aradan qaldırılması və minimallaşdırılması məqsədilə mümkün olan bütün tədbirləri həyata keçiririk, eyni zamanda əlimizdə olan informasiya ilə istifadəçini və müvafiq orqanları məlumatlandırırıq. Bu kimi hadisələr haqqında informasiya xüsusi reyestrdə toplanır.

9.4.Şəxsi informasiyanın məxfiliyinin pozulması halı kimi başa düşülür:

Şəxsi informasiyanın itirilməsi, dəyişilməsi, təsadüfi və ya qanunsuz məhv edilməsi, icazəsiz açıqlanması və ya işlənməsi.



10.Məxfilik siyasətinə dəyişikliklərin olunması

10.1.Hazırki məxfilik siyasəti, onun izahı və digər onunla bağlı iddialar və mübahisəli məsələlər maraqların toqquşması nəzərə alınmadan bizim şirkətin qanunları çərçivəsində tənzimlənir.

10.2.Hazırki məxfilik siyasətilə, siz bütün mübahisəli məsələlərin bizim şirkətin yerləşdiyi ərazidəki məhkəmələr vasitəsilə həll olunmasına razılıq verirsiniz.

10.3.Biz saytın məxfilik siyasətinə istənilən zaman dəyişliklər etmək hüququqna sahibik. Əgər biz dəyişikliklərin əhəmiyyətli olduğunu hesab etsək(bizim şəxsi qərarımız əsasında) dəyişiklər qüvvəyə minmədən sizi məlumatlandıracağıq.

10.4.Dəyişikliklərdən və aktual informasiyadan xəbərdar olmaq üçün bizim sistemin bu kanalını izləyin (https://owbike.com/policy). Dəyişiklik nəzərdə tutulmayıbsa, hal-hazırkı məxfilik siyasəti sahib olduğumuz sizə məxsus bütün şəxsi informasiyaya şamil olunur.

11.Bizimlə əlaqə və sualların cavablandırılması

11.1. Bizim məxfilik siyasətilə bağlı hər hansısa suallarınız yaranarsa, bizimlə istədiyiniz zaman [email protected] vasitəsilə əlaqə saxlaya bilərsiniz.

11.2. Biz sizin müraciətlərinizi məntiqli və qanunla tənzimlənmiş vaxt ərzində cavabladıracağıq.

11.3. Məxfilik siyasəti və qanunlar bizim sizə hər hansısa sənədlərin kağız formatında verilməsini tələb edirsə, biz sizə həmin sənədləri bir nüsxədə pulsuz olaraq təqdim edəcəyik, əlavə istənilən nüsxə üçün administrativ xərcləri nəzərə alaraq vəsait tələb etmək hüququna sahibik. Əgər siz bizə məlumatların elektron formada sizə təqdim olunması barədə sorğu göndərirsinizsə və başqa sorğu sizin tərəfinizdən daxil olmayıbsa, biz həmin məlumatları geniş elektron formatda sizə göndərəcəyik.

11.4. Əgər istifadəçinin sorğuları əsassız və həddən ziyadədirsə, xüsusi olaraq onların təkrarlanması səbəbilə biz məqbul miqdarda məbləğin ödənilməsini tələb edə və ya sorğunu cavablandırmaqdan imtina edə bilərik.

11.5. Bəzi hallarda bizim şəxsə qarşı şüurlu şübhələrimiz yaranarsa, şəxsiyyətin təsdiqi məqsədilə vacib olan sorğunu göndərən şəxsdən əlavə məlumatlar istəyə bilərik.