Dizaynlar və Hazır kontentlər

Saytın əsas vizual elementlərinə görə cavabdeh olan “Dizayn” komponenti saytın kontentinin hansı şriftlər ilə, hansı bəzək elementlər ilə hansı rənglərdə görünəcəyini təyin edir. Dizaynı seçilmiş saytın şəkil mətn blok strukturu və sair kontent tərkib hissələrini istədiyiniz kimi dəyişə bilərsiniz. Siz həmçinin hər-hansı Dizaynı seçib, kontenti isə sıfırdan yaratmağa başlaya bilərsiniz. Aşağıda bir sabit Kontentin fərqli- fərqli Dizaynlarda görünüşü ilə tanış ola bilərsiniz


Hazır Kontent və Dizaynlar

Dizayn və hazır kontentlər barədə tez-tez verilən suallar

Dizayn ilə Hazır kontentin fərqi nədir?

Dizayn saytın vizual elementlərinə görə cavab verən komponentidir. Şriftlər, rənglər, bəzək elementləri və sair ümumi detallara görə sayta tətbiq olunmuş Dizayn cavab verir.

Niyə digər sistemlərdəki kimi sizdə də ümumi bir Şablon sistemi deyil?

Biz sizi sürət və ya görünüş arasında seçim etmək məcburiyyəti qarşısında qoymamaq üçün ümumi şablonlar deyil dizayn və hazır kontentləri olaraq ayrı ayrılıqda seçmək imkanını verdik. Nəticədə siz istənilən kontenti müxtəlif dizaynlarda seçə bilmək imkanı ilə həm saytınızın kontentinin tərtibatını sürətləndirirsiniz həm də istəyinizə uyğun dizayn seçmiş olursunuz

Sonra saytda nələri dəyişə biləcəm?

Mətnlər, şəkillər, blok və kontent strukturu, blokların yerləşmələri, səhifələr və kontent hesab olunan hissələri admin paneldən dəyişə bilərsiniz. Hazır kontent seçimi sizi sərhədləmək üçün deyil, kontentin tərtibatında vaxtınıa qənaət etmək üçündür.

Daha sonra Dizaynı dəyişə biləcəyik mi?

Bəli, Admin panelinizdə menyu zolağından “Sayt -> Dizayn” pəncərəsinə daxil olmaqla dəyişiklik edə bilərsiniz