Owbike ilk konkursunu keçirir!

Owbike şirkətinin keçirdiyi ilk konkursun posteri 

Owbike konkurs keçirərək sayt yaratmaq istəyənlərə dəstəyini göstərir. Konkursda istənilən şəxs, fərdi sahibkarlar və ya sadəcə maraqlarını əks etdirən gənclər fan sayt, korporativ vizitka  ya sadəcə blog yarada bilərlər. Qalib random.org vasitəsi ilə təsadüfi seçiləcək və saytının balansına 100 AZN qazanacaq.

 

 

 

Konkursun şərtləri :

 

1. Sayt yaratmaq.

Platformanın Silver tarifinə qoşulduqda 24 saat sınaq mərhələsindən yaralanaraq ödəniş etmədən sayt yaratmaq mümkündür. Bu müddət ərzində saytınızı yaradırsınız. Saytın kontenti və dizaynı ilə bağlı xüsusi tələb yoxdur. İdeyalarınızı işə salıb, saytınızı istədiyiniz kimi yaradın :) Bunun üçün,

 

          a) İlk olaraq, owbike.com ünvanına daxil olub qeydiyyatdan keçirsiniz. Qeydiyyat zamanı saytınızın müvəqqəti ünvanını və e-mail adresinizi qeyd etmək kifayətdir. (“Müvəqqəti ünvan” sahəsini dolduraraq siz saytınızın brauzerlərdə hansı ünvan ilə açılacağını təyin edirsiniz və təbii ki, sonrada domen bərkidərək bu ünvanı dəyişə bilərsiniz.)

 

          b) Bu kiçik qeydiyyatı yekunlaşdırma üçün “Email” ünvanınızı təsdiq edəcəksiniz. Bunun üçün email-inizə xüsusi məktub gedəcəkdir. Email təsdiq olunandan sonra “Yükləmə” mərhələsinə keçəcəksiniz. Saytınızın bütün texniki faylları serverlərdə məhz bu mərhələdə yarandığı üçün adətən mərhələ bir az vaxt ala bilər. Maksimum 20-30 saniyə çəkən “Yükləmə” mərhələsi bitdikdə boş sayt və həmin saytı istədiyiniz kimi tərtib edib zənginləşdirməyiniz üçün Admin Panel əldə edirsiniz.

 

          c) Panelə daxil olduqdan sonra “Ödəniş” bəndindən “Tarif” pəncərəsiniz açırsınız və orada “Silver” tarifinə keçirsiniz. Tarifə keçdikdən sonra 24 saat ərzində platformadan tamamilə pulsuz yaralana bilərsiniz. Artıq kreativliyinizi işə salıb saytınızı hazırlamağa başlaya bilərsiniz :) Bunun üçün platformada müxtəlif funksiyaları yerinə yetirən tətbiqetmələr sizə kömək olacaq. Tətbiqetmələr panelin aşağı hissəsindəki rəfdə yerləşdirilib.

         Owpages : Saytınızın əsasını təşkil edən səhifələri bu tətbiqetmədə yaradacaqsınız. Səhifənin adını, növünü, kontentini və statusunu bir pəncərənin içində müəyyənləşdirəcəksiniz.

         Owtext : Burada siz müxtəlif məzmunlu mətnlər yaradıb onları bölmələrə bərkidəcəksiniz.

         Owphoto : Səhifələrdə istifadə etdiyiniz şəkillərin hamısı buraya yüklənəcək. İstəsəniz, onları xüsusi albomlarda qruplaşdırmaq da mümkündür. Həmçinin, şəkillərdən Slaydshow hazırlayıb saytınızı daha rəngarəng formaya sala bilərsiniz.

         Owblocks : Menyunuzu bu tətbiqetmə ilə yaradacaqsınız. Başlığını və statusunu seçəndən sonra xüsusi bəndlər yaradıb onları səhifələr və ya mətnlərlə əlaqələndirə bilərsiniz. Owblock-da yarada biləcəyiniz seçimlər arasında ‘bölmə kartları’ var. Onları mətnlərlə əlaqələndirib istədiyiniz dizaynı verməklə saytınızı daha oxunaqlı və maraqlı edə bilərsiniz. Əlavə olaraq, xəritə və Facebook videosu üçün də blok yarada bilərsiniz. Blokları istədiyiniz zaman redaktə etmək və dəyişmək mümkündür. Yaratdığınız blokları saytınızda əks etdirmək üçün tətbiqin “”Blokları yerləşdir” hissəsindən istifadə etməlisiniz.

 

          d) Paneldə yaratdıqlarınızın saytda əyani olaraq necə göründüyünə baxmaq üçün yuxarı sol küncdə ‘Saytım’ bölməsindən istifadə edə bilərsiniz.

 

2. Paylaş

Hazır olduqdan sonra saytı Facebook hesabınızda “#owbikedayaratdim” hashtag-ı ilə hər kəsə açıq formada paylaşmalısınız. 

 

3. İştirak haqqı qazan

“#owbikedayaratdim” hashtag-ı  ilə paylaşılmış postların hamısı yoxlanıldıqdan sonra konkursa qoşulmaq haqqı qazanacaqsınız. Konkursun qalibinin hesabına 100 AZN əlavə olunacaq və o, bu vəsait ilə platformadan 5 aylıq pulsuz istifadə haqqını qazanmış olacaq. Qalib 01.10.18 tarixində random.org saytı vasitəsi ilə təsadüfi seçiləcək.

 

Hər birinizə uğurlar! :)