Bakı şəhərinə özəl SEO xidməti - SEO Baku

SEO xidməti.  SEO Baku. qiymət 200 AZN . Saytın googleda qaldırılması


Əvvəlki SEO xidmətimizdən əlavə olaraq Bakı şəhərində Google axtarış sistemində önə çıxmaq istəyən şirkət saytlarına yeni özəl xidmətimizi təklif edirik. Əvvəlki SEO xidmətimiz olduğu kimi qalır və oradakı prosess və qiymətlər öz saytını xarici ölkələrdə ön pozisiyalar çıxarmaq istəyənlərə təklif olunacaq. Azərbaycan üçün isə bu yeni xidmətimizi təklif edirik. Digər xidmətlərimiz kimi, SEO xidmətləri üçün də işlər tam rəsmi müqavilə əsasında görülür və istənilən platformada yaradılmış vizitka tipli saytlar, korporativ saytlar, e-commerce(e-ticarət) saytları, e-kataloqlar, blog saytları, xəbər portalları üçün təqdim olunur.


SEO xidməti nədir?

Search Engine Optimization xidməti hər-hansı bir veb saytın həmin saytın təqdim etdiyi məhsul və ya xidmətlərə uyğun Google, Yandex kimi axtarış sistemlərində ön pozisiyalarda çıxması üçün görülən işlərə deyilir. Bu işlərin əsas hissəsini saytın axtarış maşınlarında qeydiyyatı, saytın kontentinin optimallaşdırılması, saytın axtarış sistemlərinin tələblərinə uyğun uyğunlaşdırılması, tələb olunan texniki faylların yaradılması və saytın xarici faktorlarının optimallaşdırılması təşkil edir.


Digər şirkətlərdən fərqimiz nədir?

Öz saytyaratma platformamıza sahib olmağımız saytların texniki xırdalıqlarını və axtarış sistemlərinin tələblərini bir çox yerli şirkətlərdən daha yaxşı bildiyimizə zəmanət verir. Araşırmalarımız onu göstərir ki, SEO xidmətini təqdim edən yerli şirkətlərin əksəri şirkətlər üçün “qara SEO” vasitələrindən istifadə etdiklərinə görə az müddət keçdikdən sonra axtarış sistemləri həmin saytlara sanksiyalar tətbiq edir və saytlar sürətlə enirlər, bəzən isə ümumiyyətlə bloklanırlar.

Biz sizin saytınızı axtarış sistemlərində qaldırmaq üçün düzgün vasitələrdən(ağ SEO işlərindən) istifadə edirik. Ona görə də saytınız tədricən axtarış sistemlərində ön pozisiyalarda yer almağa başlayır və sizə aktiv müştəri axını cəlb edir. Biz sizin müştərinizi və sizin xidmətlərinizi araşdıraraq saytınızı elə optimallaşdırırıq ki, Google-dan maksimal dərəcədə fayda əldə edə biləsiniz və bizim iş bitdikdən sonra da davamlı müştəri axınınız getdikcə daha da artsın.


Bakı üzrə özəllik nədən ibarətdir?

Axtarış sistemləri axtarış edən insanın yerləşdiyi ölkəyə özəl nəticələr çıxarırlar. Məsələn: əgər müştəri Azərbaycandan axtarış edirsə ona ilk öncə yerli saytlar təqdim olunur. Bu .az domenindən də asılıdır, insanların sayta daha çox hansı ölkədən daxil olmarından da, saytın dilindən də, digər bir çox faktorlardan da.

Daha bir özəllik isə istifadəçi davranışında və bilərəkdən buraxılan qüsurlardadır. Məsələn Bakıda hər-hansı xidməti göstərən şirkəti tapmaq üçün istifadəçilər axtarışın sonluğuna “baku” yazırlar. İstifadəçilər tez-tez hərflərdə də qüsurlar buraxaraq, məsələn “xidmətlər” əvəzinə “xidmetler” yazırlar.

Bu səbəblərdən Bakıda fəaliyyət göstərən şirkətlərə SEO cəhətdən də özəl yanaşmaq lazımdır. Qeyd etməliyik ki, bu səhifədə izah olunan SEO xidməti və xidmətlərin qiymetleri yalnız Azərbaycan üçün keçərlidir. Əgər şirkətinizə İngiltərə, Rusiya, ABŞ kimi ölkələrdən müştəri cəlb etmək istəyirsinizsə digər SEO xidmetlerimizdən faydalana bilərsiniz.




Xidmət iki mərhələdən ibarətdir

Başlanğıc mərhələsi.

Bu mərhələnin başlıca məqsədi kompleks addımlar sayəsində saytı axtarış maşınlarına təqdim etmək və onu organik SEO cəhətdən maksimal dərəcədə cəlbedici etməkdir.



  • Veb marketing sayəsində şirkətin xidmətləri/məhsulları araşdırılır və onlara uyğun axtarış sorğuları siyahısı tərtib olunur.

  • Siyahılanmış sorğular araşdırma əsasında daha məhşur alternativləri ilə əvəz olunur.

Məsələn: Şirkət təmsilçiləri adətən veb saytları üçün SEO xidməti göstərən şirkət axtararkən Google-da "seo xidmeti" və ya "seo xidmeti baku" yazırlar. Beləliklə ən çox yazılan sorğular müəyyənləşdirilir və zəif alternativlərinin əvəzinə qeydə alınır.

  • Saytın səhifələrindəki məzmunun bu sorğulara nə dərəcədə uyğun olması yoxlanılır.

  • Açar sözlərin saytın müvafiq səhifələrində semantika qaydalarına əsasən istifadəsi yoxlanılır.

  • Aşkar olunan kontent çatışmazlıqlarını aradan qaldırmaq üçün tərəfimizdən yeni mətnlər yazılır. Səhifələrdə yerləşdirilmiş məlumatlar SEO optimizasiya tələblərinə uyğunlaşdırılır.

  • Sayt Google, Yandex və digər məhşur axtarış sistemlərində qeydiyyatdan keçirilr.

  • Linkbuilding(Linkyaratma) işi zamanı saytın səhifələrinin linkləri yoxlanılır. Səhifələr arasında keçidlərdə aşkarlanan qüsurlar aradan qaldırılır.

  • Saytın sürətinin, xətaların mövcudluğunun, saytın mobil versiyasının nə qədər adaptiv(responsive) olması və axtarış sistemlərinin tələb etdiyi digər texniki göstəricilərə nə qədər cavab verməsi müəyyənləşdirilir.

  • Saytın kontentinin texniki cəhətdən kodlarda nə dərəcədə düzgün tərtib olunması yoxlanılır. Xətalar aşkar olunarsa tərəfimizdən aradan qaldırılır.

  • Axtarış sistemlərinin tələb etdikləri texniki faylların mövcudluğu yoxlanılır. Sitemap.xml, robots.txt və sair texniki zəruri fayllar tərtib olunur.

  • Daxili SEO işlərindən əlavə Xarici SEO işləri sayəsində saytın traffic-ı artırılır.

  • Sayt mütəmmadi olaraq monitorinq olunur və qoyulan məqsəd üçün görülən optimallaşdırma işlərinin effektivliyi daima yoxlanılır və şirkətə işlərin sonunda hesabat təqdim olunur.



İcra müddəti: 4 ay
Nəticəsi: Təyin olunmuş axtarış sorğular üzrə saytın Google-da TOP30-da çıxması.
Baş verə bilər: Saytın rəqabət payından asılı olaraq o Google-da TOP10-da da çıxa bilər.
Qiymət: 200AZN (aylıq)



SEO Baku xidməti sifariş et






Yüksəliş mərhələsi.

Bu mərhələnin məqsədi artıq axtarış sistemlərindən müəyyən stabil ziyarətçi axını cəlb edən saytı bu platformalarda rəqiblərindən daha üst nəticələrə irəlilətməkdir.



  • Başlanğıc mərhələsi nəticəsində toplanılmış statistik məlumatlar əsasında ziyarətçiləri ən çox hansı sorğulardan gəlməsi müəyyənləşdirilir.

  • Sayt bu aktiv sorğular üçün daha da genişləndirilir. İzləmə vaxtının uzadılması, Bounce rate-ın optimizasiyası və ziyarətçinin potensial müştəriyə çevrilməsi üçün işlər görülür.

  • Zəif müştəri axını cəlb edən sorğular araşdırılır.

  • Sayt zəif sorğulardan daha çox ziyarətçi cəlb etməsi üçün daha da optimallaşdırılır.

  • Saytın rəqibləri analiz olunur, çatışmayan cəhətlər aradan qaldırılır.

  • Saytın rəqiblərinin qara SEO metodlarından istifadə etməsi aşkar olunduqda həmin saytlar şikayət olunur.

  • Saytın traffikinin artırılması üçün SMM, SEM və digər reklam alətlərindən istifadə olunur.

  • Backlinkların(sayta digər saytlardan yönələn linklər) keyfiyyəti yoxlanılır. Ehtiyac görülərsə istinadların sayı artırılır.

  • Saytın daha ön pozisiyalara çıxması üçün burada qeyd etmədiyimiz və kommersiya sirri daşıyan digər dərin əməlliyatlar yerinə yetirilir.

  • İşlərin sonunda şirkətə SEO xidmətinin effekti hesabat şəklində təqdim olunur.



İcra müddəti: 6 ay
Nəticəsi: Təyin olunmuş axtarış sorğular üzrə saytın Google-da TOP10-da çıxması.
Qiymət: 300AZN (aylıq)



SEO Baku xidməti sifariş et